Bia.Az

Sərhəddə gərginlik: ermənilər döyüş PUA-larından istifadə edir - Foto

Siyasət
 18-05-2023, 11:29     249

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Bu barədə Yenipress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib. скачать dle 12.1