Bia.Az

Erməni nazir müavini: “Təminat alsaq, dəhlizi açacağıq”

Siyasət
 15-05-2023, 14:48     223

“Qırmızı xətlərimizdən biri də odur ki, dəmir yolları kommunikasiyaların açılmasının bir hissəsi kimi, yalnız Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir. Yalnız bu məsələ ilə bağlı dəqiq təminat aldıqdan sonra tikinti və digər işlərdən danışmaq olar”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Zəngəzur Dəhlizi barədə Brüsseldə aparılan danışıqlara münasibət bildirərkən deyib.

O qeyde edib ki, Ermənistan qoşunlarının Azərbaycannın bir neçə ərazisində olmasını bildirib. Hovhannisyan qeyd edib: “Və bunun nədən getdiyi mənə aydın deyil. Yəqin ki, söhbət Qarabağdakı birinci müharibədən gedir. Bu baxımdan baxmaq lazımdır. Bunun nədən ibarət olduğunu söyləmək çətindir. Bu qəbul edilmiş formatdır: hər iki tərəfə məqsədyönlü bəyanatlar verir. Amma hər kəsə aydındır ki, bu müddət ərzində söhbət Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasından gedir. Bu barədə ABŞ, Aİ və digər tərəfdaşlar da danışıblar. Düşünürəm ki, söhbətin nədən getdiyi hamıya aydındır”.
O qeyd edib ki, tərəflər arasında müəyyən razılaşmalar var. Lakin o, vəziyyətin bir-iki il əvvəlki kimi olmadığını da dilə gətirib. “Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması məsələsi ümumi məsələdən ayrılmayıb. Bu məsələ sülh müqaviləsində və davam edən digər proseslərdə də yer alıb”.
Onun sözlərinə görə, sülh müqaviləsində sərhədlərin delimitasiyası və yolların açılmasına dair müddəalar da var. “Müqavilədə sülhün bərqərar edilməsinə cəhd göstəriləcək prinsiplər var. Ona görə də, bu məsələləri bir-birindən ayırmaq mümkün deyil”.
Hovhannisyan əlavə edib ki, ən mühüm və həssas məsələlərdən biri sazişin icrasının təmin edilməsidir.
O xatırladıb ki, Rusiya ilə birgə üçtərəfli komissiya yaradılıb və yaxın vaxtlarda Moskvada iclas keçiriləcək, bu məsələ də ayrıca formatda müzakirə olunur. “Bütün məsələlər üzrə səylər paralel aparılır, bunlar ayrıca danışıqlar deyil. Məqsəd regionumuzda sülh prosesini təmin etməkdir”.скачать dle 12.1