Bia.Az

Xankəndində bu dəfə Samvel Babayan ortaya çıxır

Siyasət
 13-05-2023, 18:15     239

Qondarma “DQR”in “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan bazar ertəsindən Xankəndində mitinqlər keçirməyə hazırlaşdığını bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Samvel Babayan əsas məqsədinin “dövlət naziri” vəzifəsinə təyin olunmaqdan ibarət olduğunu söyləyib. Babayan öz çevrəsində məqsədinə çatmaq üçün hər şeyə hazır olduğunu söyləyib.

“Bildiyiniz kimi, Qarabağda (ermənilər arasında-red.) Arayik Arutyunyana qarşı olan və ona kifayət qədər pis münasibət bəsləyən çoxlu insan var. Bu səbəbdən Samvel Babayanın niyyəti kifayət qədər böyük rezonans doğurub. Ötən gün Ruben Vardanyanın təşkil etdiyi mitinq Ermənistan hakimiyyətinin xoşuna gəlməyib və əldə etdiyimiz məlumata görə, həm də bu səbəbdən Nikol Paşinyana xidmət edən Qarabağ erməniləri arasında bəzi siyasi dairələr, o cümlədən Samvel Babayan hərəkətə keçib”, – deyə qəzet yazıb.скачать dle 12.1