Bia.Az

İrəvandakı Rusiya səfirindən ermənilərə kinayə: “Biz olmasaydıq...”

Siyasət
 11-05-2023, 12:02     233

Kopırkinin “Əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Qarabağın həmin hissəsi o formada qalmayacaqdı” sözləri həqiqətdən uzaq deyil

“Getdikcə çətinləşən şərtlərə baxmayaraq, aydın başa düşmək lazımdır: əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Dağlıq Qarabağın həmin hissəsindəki Stepanakert olduğu formada qalmayacaqdı”.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində Ermənistanın siyasi və informasiya dairələrində Rusiya sülhməramlı kontingentinə qarşı tənqidi bəyanatları şərh edərkən belə verib. Rusiya səfiri səlahiyyətlərini aşaraq, ermənipərəst mövqeyə keçib: “Mən başa düşürəm ki, əhalidə müəyyən məyusluq hissi var, nəzərə alsaq ki, hansısa zorakı hərəkətlər baş verir, indi Laçın dəhlizi bağlanıb... Rusiya əvvəlcədən bu məsələdə tam aydın mövqe bildirib - bu, üçtərəfli bəyanatla ziddiyyət təşkil edir”.
Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”
Elxan Şahinoğlu

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu əslində ermənilərin daim ruslara minnətdar olmalı olduqlarını dilə gətirdi: “Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin az qala hər gün açıqlama verir. Erməni jurnalistlər Sergey Kopırkini harada tutsalar, ona müxtəlif suallar verirlər. Kopırkin daima "Niyə Rusiya Ermənistanı qorumur?", “Niyə Rusiya Qarabağda Azərbaycan Ordusuna qarşı müqavimət göstərmir?” və bu kimi məntiqsiz suallara cavab vermək məcburiyyətindədir. Kopırkin hər dəfə Rusiya-Ermənistan münasibətlərinin strateji müttəfiqliyindən ağız dolusu danışsa da, bəzən həqiqəti də gizlətmir. Kopırkinin “Əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Dağlıq Qarabağın həmin hissəsindəki Stepanakert olduğu formada qalmayacaqdı” sözləri həqiqətdən uzaq deyil. Həqiqətən Rusiya müharibənin 44-cü günü qarşımızda olmasaydı, bu gün Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq, separatçılar tərk-silah olunacaq və Qarabağın tamamında Azərbaycan qanunları işləyəcəkdir. Kopırkin haqlıdır. Rusiya buna imkan vermədi. Ancaq Azərbaycanın Qarabağın tamamına nəzarət edəcəyi gün uzaqda deyil. Digər tərəfdən, Rusiya mühasirəyə düşən 30 min erməni hərbçisini xilas etdi. Kopırkin İrəvana izah etmək istəyir ki, ermənilər Rusiyadan narazı qalmaq əvəzinə Kremlə minnətdar olmalıdırlar. Ermənilər Kopırkindən Laçın dəhlizinin “açılmasını” da tələb edirlər, sanki bu, rusiyalı diplomatın səlahiyyəti çərçivəsindədir. O da erməniləri yola vermək üçün deyir ki, guya sərhəd-keçid məntəqəsinin yaradılması 2020-ci il 10 noyabr bəyanatına ziddir. Bunu Rusiyanın digər rəsmiləri və diplomatları da təkrarlayırlar. Halbuki sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu, geri dönüşü mümkün olmayan prosesdir. Ermənilərin bir hissəsi səfir Kopırkinin simasında Rusiyanın Azərbaycana mane olmayacağını anlasa da, digərləri hələ də xam xəyallarla yaşayır, Kremlin separatçıların istəklərini yerinə yetirəcəklərini düşünürlər".
Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi
Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, rusiyalı səfir həmişə ermənipərəst mövqe tutub. Onun sözlərinə görə, səfir dəfələrlə Azərbaycana qarşı əsassız iddialarla çıxış edib: “İndi də Azərbaycanı guya üçtərəfli razılaşmaları pozmaqda, Laçın dəhlizini bağlamaqda ittiham edir. Bütün bunlar onun səfir səlahiyyətlərindən, etik normalardan kənara çıxdığını göstərir. Amma digər tərəfdən onun çıxışı Rusiyanın çıxılmaz vəziyyətə düşdüyündən, heç nə edə bilmədiyindən, “vəziyyətin getdincə çətinləşdiyindən” xəbər verir. Bizim üçün onun çıxışının bu tərəfi daha maraqlıdır. Deməli, Azərbaycanın gücü qarşısında daha heç nə edə bilmirlər. Bu gücsüzlüklərini erməni toplumuna da çatdırmaq istəyir, bu cür mesajlar göndərirlər. Amma kar və kor erməni cəmiyyəti bunu hələ də başa düşmək istəmir".
İran burda başqa məqsədlər də güdür”
Azər Hüseynov

AG Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu bəyanatdakı etiraflardan danışdı: “Rusiya səfiri Ermənistana minnət qoymaqla ermənilərə demək istəyir ki, "ayə, sizi biz adam eləmişik". Onu da düz deyir. Erməniləri Qafqazda artıran və hamıya problem edən 1828-ci ildəki Gülüstan müqaviləsidir. Amma indi Ermənistanda hakimiyyət istəyir ki, Qərbə meyl eləsin. Qələbə paradında Paşinyan elə durmuşdu ki, elə bil “maması döyüb ki, sənə demədim yad uşaqlarla oturub durma”. Amma bu bəyanatda bir etiraf da var ki, bizi aşıb artıq işlər. Azərbaycan beynəlxalq iqtisadi konfiqurasiyanın mühüm tərəfdaşıdır. Yanında da Türkiyə var. Ermənistan kimi deyil. Ermənistan öz ideoloji xəstə diasporunun “cənginə” keçib. Rusiyaya da arada deyir ki, istəmirəm səni. Mən isə bu bəyanatı belə oxuyardım ki, Rusiya erməniyə deyir ki, “ay çirkin, sən burada dur, görüm göyçəklə alınmasa, gəlirəm”. Ona görə Azərbaycan qətiyyətini davam etdirməlidir"./Musavat.com/скачать dle 12.1