Bia.Az

Separatçılar Bakıya qarşı təxribat hazırlayır – Laçın postundan “Şeytan yuvası”na...

Siyasət
 6-05-2023, 16:42     338

Bizə zorla qonşu edilmiş mənfur, hiyləgər, məkrli və hərdən-xəyal bu hay tayfası ilə işimiz uzun çəkəcək. Əgər bunların ən ağıllısı Nikol Paşinyandırsa, demək, sülhə Bakıdan Göyçə gölünə və ya İrəvana qədər hələ çox var. Odur ki, barıtımızı daim quru saxlamalıyıq.

“Azərbaycan prezidenti İlham Əliyev rəsmi Bakının 44 günlük müharibəyədək dəfələrlə bəyan etdiyi Qarabağa geniş muxtariyyət verməyə hazır deyil”.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan mayın 5-də “Azadlıq” radiosuna müsahibəsində deyib.
Paşinyan ardınca bildirib: “30 ildir ki, biz öz əsas problemimizi anlamadan müqəddəratını təyinetmədən danışırıq. Bəli, biz problemimizə dəqiq diaqnoz qoymadıq. Qarşıya (real hədəflər) qoymaq lazımdır, lakin bunun üçün ilk növbədə reallığı dərk etməli və qəbul etməlisən. Razıyam ki, qərar verməzdən əvvəl başa düşmək və qəbullanmaq lazımdır. Amma bu sual hamımıza, dövlətimizə ünvanlanmalıdır. Çünki hətta əgər hakimiyyət problemi ilk saniyələrdən dərindən dərk etsə belə, dərhal öz yanaşmasını dəyişdiyini bəyan edə bilməz”.
Yəni yenə “nala-mıxa vurma”. İştaha bax, geniş muxtariyyət. İlk baxışda etirafa da oxşayır. Ancaq ilk baxışda! Çünki sitatın əvvəlində Nikol həyasızcasına Qarabağ erməniləri üçün Bakıdan geniş muxtariyyət –status gözlədiyini söyləyir. Fəqət, boşuna. Zira, ən azı 3 il gecikib!..
Cənab haylar, sizə təklif olunanı vaxtında götürmək lazımdır! Doğru, Bakı illərlə Qarabağdakı erməni icmasına yüksək muxtariyyət təklif edib. Amma daha eləmir. Eləməyəcəyik. Ona görə ki, status-kvo dəyişib, sizin “məğlubedilməz ordu”nuzu darmadağın eləmişik, xülasə, biz qalib tərəfik. Qalibə isə şərt qoymurlar. Qalib özü şərt qoyur, diktə edir!
Bax, üç ildir yenə sizə mümkün olanı təklif edirik. Amma həmişəki kimi naz edirsiniz. O zaman, deməyin ki, demədik: indi təklif elədiyimizi də götürməsəniz, bir qədər sonra növbəti dəfə peşman olacaqsınız. Azdan da məhrum ediləcəksiniz. “İt də gedəcək, ip də”. O üzdən, nə qədər gec deyil, onun-bunun əlində maşa olub boşuna xam xəyallarla yaşamağa son versəniz, ən çox özünüzə yaxşılıq eləmiş olarsınız!..
Xam xəyal demiş, “Joxovurd” qəzeti bu gün yazıb ki, bir-iki günə “Şeytan yuvası”nda növbəti “möhtəşəm etiraz mitinqi” olacaq və artıq hazırlıqlar başlayıb. İddialara görə, “əzabkeş xalq”ın Qarabağdakı qırıntıları yığışıb yenə ağlaşma quracaq, “timsah göz yaşları” tökəcək, Azərbaycanı cümlə cinayətlərdə, o sırada “etnik təmizləmə”lərdə və “soyqırımlarında”, “blokada”da ittiham edəcəklər.
Bir də qəzet yazır ki, haylar 10 noyabr (2020) üçtərəfli bəyannamənin yerinə yetirilməsini tələb edəcəklər. Əlbəttə ki, sənədin özlərinə sərfəli olan bəndlərinin icrasından söhbət gedir.
Bəs hələ də yerinə yetirilməyən 4 və 9-cu bəndlər - qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması və Zəngəzur dəhlizi məsələsi? Bunlar təbii ki, nə hayların, nə də Rusiya “sülhməramlıları”nın vecinədir.
Amma olacaq. Bal kimi olacaq. Artıq “tələ yiyəsi” gəlib. Sərhəddə 1 nömrəli nəzarət postumuzu qurmuşuq. İndi baxaq görək, Qarabağda sülənən “Kreml tulası”, oliqarx-dələduz Ruben Vardanyan və başının dəstəsi nə qələt qayıracaq, Ermənistandan Xankəndinə avtobuslarla, Laçın postundan keçməklə öz murdar soyundan olan ikiayaqlı daşıya biləcəkmi? Ümumiyyətlə, hansı dəlmə-deşikdən keçirəcək.

Lap tutaq ki, toplaşdılar, qışqırıb dağılışdılar. Bu nəyi dəyişəcək – Azərbaycanın Konstitusiyasını, yoxsa onun dövlət olaraq iradəsini?
Sual, əlbəttə ki, ritorikdir...
Zahid SƏFƏROĞLUскачать dle 12.1