Bia.Az

Aydınlar Partiyası da dayandı

Siyasət
 26-04-2023, 12:33     341

2009-cu ildən dövlət qeydiyyatında olan Aydınlar Partiyası ləğv edilib. Elan “Yeni Müsavat” qəzetinin 26 aprel sayında dərc olunub.

Novator.az bildirir ki, əsası 2008-ci ildə qoyulan Aydınlar Partiyasına Qulamhüseyn Əlibəyli sədrlik edirdi. 1958-ci il təvəllüdlü Qulamhüseyn Əlibəyli hüquqşünasdır. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1992-2008-ci illərdə AXC (1995-ci ildən AXCP) Ali Məclisinin sədri olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.

2023-cü ildə daha 10 partiya fəaliyyətinə son verib: Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Birlik Partiyası, Yeni Yol Partiyası.

2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.

Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.

Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.скачать dle 12.1