Bia.Az

Ermənistan əsir düşən hərbçilərimizlə bağlı - MƏLUMAT PAYLAŞDI

Siyasət
 17-04-2023, 13:26     289

Ermənistanın Baş prokurorluğu əsir düşən hərbçilərimizlə bağlı məlumat paylaşıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

Məlumatda bildirilib ki, baş prokurorluq açıqlayıb ki, Ermənistanda saxlanılan Azərbaycan hərbçiləri cinayət məsuliyyətinə cəlb edilib və həbs ediliblər.


Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.


Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.скачать dle 12.1