Bia.Az

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Siyasət
 30-03-2023, 16:52     290

Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib.

Musavat.com report-a istinadən xəbər verir ki, o, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumatı "Report"a təsdiqləyib.

Qeyd edək ki, F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib.


Onun yerinə Prezidentin digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.скачать dle 12.1