Bia.Az

Natiq Cəfərli PA-ya çağırıldı

Siyasət
 10-03-2023, 10:48     42

Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli görüşüb.

Yenipress.az xəbər verir ki, bu barədə REAL-ın rəsmi sosial hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, görüşdə ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə 5 min üzvdən ibarət siyahı hökumətə təqdim olunmasa, REAL-ın dövlət qeydiyyatının ləğv ediləcəyi ilə bağlı partiya sədri İlqar Məmmədov açıqlama yayıb.скачать dle 12.1