Bia.Az

Qarabağda ruslarla TOQQUŞMA OLA BİLƏRMİ? – AKTUAL

Siyasət
 8-03-2023, 12:06     234

Rusiyanın Azərbaycana qarşı etmədiyi təxribat qalmadı, bunu da etdi. Rusiya nəqliyyat vasitələrinin erməni separatçılarının Laçına alternativ yollarla silah daşıyan nəqliyyat vasitələrini müşayiət etməsinin məqsədi bəllidir: Azərbaycan ordusu ermənilərə silah daşıyan nəqliyyat vasitələrini zərərsizləşdirə bilməsin. Çünki həmin nəqliyyat vasitələrinə raket və ya dron zərbəsi endirilsə onları müşayiət edən rus hərbçiləri də zərər görəcək. Kreml hesab edir ki, Azərbaycan belə bir risqə getməz. Əlbəttə, biz Qarabağda rusiyalı hərbçilərlə toqquşmaq istəmirik, ancaq Moskva separatçıları silahla yemləməkdə davam edəcəksə, bunun da çarəsini tapmaq məcburiyyətindəyik.
Elxan Şahinoğlu – DİA.AZскачать dle 12.1