REAL partiyası ləğv oluna bilər
Azərbaycanda REAL partiyası ləğv olunma təhlükəsi ilə üzləşib.
Axar.az xəbər verir ki, bu barədə partiya sədri İlqar Məmmədov paylaşım edib.
“İstəyirəm hər kəs bilsin: yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”, - deyə o bildirib.