Bia.Az

Moldova mətbuatı erməni hərbçilərinin Qarabağda törətdiyi təxribatdan yazıb

Siyasət
 6-03-2023, 01:22     240

Moldovanın nüfuzlu xəbər portalları Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində törətdiyi təxribata dair məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, “Noi”, “Jurnal1” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin erməni təxribatı ilə bağlı yaydığı bəyanatdakı fikirlər yer alıb. Qeyd olunur ki, martın 5-də erməni silahlı birləşmələrinin törətdiyi təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.
Məqalələrdə, həmçinin qeyd olunur ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub. Həmin marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə Rusiya sülhməramlı kontingentinin komandanlığını, beynəlxalq ictimaiyyəti xəbərdar edib.




скачать dle 12.1