Bia.Az

"İYİ Partiya "altılı masa"dan ayrılmayıb" - Akşenerin müavini

Siyasət
 4-03-2023, 18:33     298

"İYİ Partiya "altılı masa"dan ayrılmayıb, qapı hələ də açıqdır".

Cebhe.info xəbər verir ki, bunu İYİ Partiyanın sədr müavini Erhan Usta deyib.

O, Meral Akşenerin masayı tərk etmədiyini diqqətə çatdırıb:

"Meral Akşener masayı dağıtdı deyilir. Əslində isə onu masadan qaldırmağa çalışdılar. Beş sədrin imzası ilə qərar verilə bilər anlayışı ittifaqın prinsiplərinə ziddir. Bu, bu günə qədər olanlarla da uyğun gəlmir. İndiyə kimi bütün səs çoxluğu ilə deyil, ortaq qərarlar verilib. Biz qərarlarımızı ortaq şəkildə verməliyik. Əgər bir partiya belə qarşı çıxırsa, qərar qəbul oluna bilməz".
Erhan Usta İYİ Partiyanın 6 martdakı toplantıya qatıla biləcəyini istisna etməyib:
"Bazar ertəsi keçiriləcək toplantıya qatılıb-qatılmamağı partiyamızın idarə heyəti dəyərləndirəcək. Hələ ki, qərar verilməyib. Əgər "altılı masa" təməl prinsiplərinə geri dönsə və namizəd məsələsində də bu istiqamətdə mövqe sərgiləsə onda ittifaq davam edər.
Lakin təməl prinsiplərdən imtina etsələr, yola davam etmərik. Meral Akşenerin namizədliyini irəli sürdüyü Əkrəm İmamoğlu və Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil etsələr də, "Millət İttifaqı"nın namizədləri idi. Onlardan başqa bir namizədi qəbul etməyimiz mümkün deyil".
O, İYİ Partiyanın "Cümhur İttifaqı"na qatılmasının isə qətiyyən mümkün olmayacağını vurğulayıb. Erhan Usta həmçinin, Kamal Kılıçdaroğlunun ikinci tura qalacağı təqdirdə İYİ Partiyanın ona dəstək olub-olmayacağı barədə bir şey deyə bilməyəcəyini deməsi ilə də diqqət çəkib. скачать dle 12.1