Bia.Az

Almaniya səhvini düzəltdi - Şoltsun Qarabağla bağlı dediyi sözlər saytdan yığışdırıldı

Siyasət
 4-03-2023, 14:34     240

Almaniya hökumətinin saytında kansler Olaf Şoltsun Dağlıq “Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı bəyanatının heç bir hissəsi yer almayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, xüsusilə, Almaniya hökumətinin mətbuat xidmətinin dərc etdiyi mesajda ilk olaraq Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsindən danışılıb.
“Birgə keçirilən danışıqlarda Ermənistanda islahatlar prosesi, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin həlli müzakirə olunub”, - məlumatda deyilir.
Daha sonra Almaniya kanslerinin “Paşinyanın öz ölkəsində başlatdığı hərtərəfli islahatlar” prosesinə verdiyi yüksək qiymətdən bəhs edilir.
Yalnız bundan sonra Olaf Şolzun Dağlıq Qarabağla bağlı bəyanatı ilə bağlı hissə gəlir.
“Digər müzakirə mövzusu Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi olub. Şolts bunun Ermənistana və bütün Cənubi Qafqaz regionuna əhəmiyyətli təsir göstərdiyini xatırladıb. Bütün bunların fonunda Azərbayan və Ermənistanın münaqişəni mərhələ-mərhələ həll etməsi daha vacibdir. Xüsusən Dağlıq Qarabağdakı kritik humanitar vəziyyət (?) qəbuledilməzdir və “bəlgədəki insanların xeyrinə tez bir zamanda həyati həll yoluna gətirilməlidir”, -deyə Şolts bildirib.
“Kansler münaqişənin Azərbaycan və Ermənistanın ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həllinə nail ola biləcəyini söyləyib. Buna görə də Almaniya Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçilik səylərini qətiyyətlə dəstəkləyir və öz heyətini Avropa İttifaqının Ermənistandakı missiyasına göndərir”, - deyə Almaniya hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir.
Göründüyü kimi, burada hansısa “öz müqəddəratını təyinetmə”dən bəhs edilmir.
Xatırladaq ki, bir müddət əvvəl erməni mətbuatında Olaf Şolts Almaniyanın Azərbaycan-Ermənistan sərhədində qeyri-sabit humanitar vəziyyətdən və Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən narahat olduğunu bildirdiyi qeyd olunmuşdu. Kansler Şoltsun , “Almaniya münaqişənin Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, eləcə də “Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ” baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verir” sözlər işlətdiyi bildirilibскачать dle 12.1