Bia.Az

Region qaynayır, nələrsə baş verəcək – Erməni ekspert

Siyasət
 27-02-2023, 13:59     236

Əliyev Türkiyəyə getdi, daha sonra Putin və Ərdoğan arasında telefon danışığı gerçəkləşdi. Bundan başqa, Lavrov yaxın günlərdə Bakıya gedəcək.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş erməni deputat, Azərbaycan üzrə ekspert Tatevik Hayrapetyan qeyd edib.

“İranın xarici işlər nazirinin yaxın vaxtlarda Moskvaya səfəri gözlənilir. Regionda ciddi proseslərin cərəyan etdiyi aşkardır. Əminəm ki, əsas mövzulardan biri Laçın və Zəngəzur dəhlizləri məsələsidir. Görünür, Ermənistan bu mövzulardan kənar dayanır. Ancaq həyati əhəmiyyətli mövzularda müzakirələrin bir parçası olmasanız, sonda itirəcəksiniz”, – T.Hayrapetyan bildirib.скачать dle 12.1