Bia.Az

Putin nə desə, onun əksi baş tutacaq” – Fuad Abbasov müharibənin uzun çəkən və qanlı olacağını ANONS ETDİ

Siyasət
 25-02-2023, 13:47     231

“Rusiya-Ukrayna müharibəsinin nə zaman başlayacağı sürpriz olmadı”.

Musavat.com xəbər verir ki, bu gün bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın “Dərin Təhlil” verilişində Misra TV-nin rəhbəri Fuad Abbasov bildirib.

Onun sözlərinə görə, işğal öncəsində həm Amerikanın CİA, həm də Britaniyanın Mİ6 təşkilatı bu barədə geniş məlumatlar verirdilər:
“Hətta hansı tərəfdən işğal olacaq, tanklar hansı tərəfdən gələcək, Kiyevə hücum hardan olacağa qədər konkret detallarına qədər, tarixinə qədər bildirirdilər. Biz əlbəttə ki, bunu ciddiyə almırdıq. Amma gördük ki, Putin 24 fevralda öz təbirincə desək, xüsusi əməliyyatı başlatdı. Amma bütün dünya buna müharibə deyir. Putin məlumatları Medvedçukdan və Yanukoviçdən yox, xüsusi xidmət orqanlarından alır”.
F.Abbasovun sözlərinə görə, Putin heç də Ukrayna xalqını qorumağa, faşizmdən qurtarmağa çalışmır:
“Müharibənin əvvəlində də Putinə yanlış olaraq deyilmişdi ki, Luqansk və Donetskin Rusiyaya qatılması mümkündür. O da demişdi ki, biz əsla bunu müzakirə etmirik. Amma üstündən neçə ay keçdi, həm Donetsk, Luqanskı Rusiyaya qatdılar. Putinin ictimaiyyəti qarşısında verdiyi vədlərin hamısını – sosial məsələlər, maaş, pensiya artımı və digərlərini də daxil etməklə – nəzərə alsaq, görmək olar ki, Putin nə desə, onun əksi baş tutacaq. Müharibə də davam edəcək. Xarici kəşfiyyat bu müharibənin uzun sürən və çox böyük itkilərlə davam edəcək müharibə olacağını deyir. Onunçün də bu 1 il son deyil. Hitler də müharibənin 6 il davam etməsini gözləmirdi. Düşünürdü ki, Polşa alınandan sonra bütün Avropa diz çökəcək. Amma son nəticədə başına bir güllə sıxıb, özünü öldürəsi oldu. Putin də nələr düşünür, nələr fikirlərşir, bilinmir. Bu 1 il də son deyil. Ona görə də xarici kəşfyyatın dediklərinə nəzər salaraq, müharibənin uzun çəkən olacağını və qanlar tökəcəyinə əmin olmaq olar”.скачать dle 12.1