Bia.Az

"Təəssüf ki, Azərbaycanda bu cinayətlər üçün xüsusi məsuliyyətə cəlb etmə yoxdur"

Siyasət
 18-02-2023, 13:35     226

"Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycan təbiətinə çox ziyan dəyib. Buna etiraz olaraq Laçın yolunda aksiya keçiriir. Təəssüf ki, Azərbaycanda bu cinayətlər üçün xüsusi məsuliyyətə cəlb etmə yoxdur".

Musavat.com bildirir ki, bu sözləri Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova Bakıda keçirilən “Dövlət, cəmiyyət, cinayətkarlıq” mövzusundakı konfransda bildirib. Şəhla Səmədova qeyd edib ki, bütün bu cinayətlər yalnız hərbi cinayətlərin içərisində məsuliyyət sayılır:

"Müharibə nəticəsində dağıdılan digər şəhərlərə baxsaq görərik ki, Azərbaycan şəhərləri olan Ağdam, Füzuli tamamilə dağıdılıb.

 Bu şəhərlər hərbi əməliyyatlar olmayan dövrdə dağılıb. Məqsəd isə həmin şəhərin sakinlərinin ora qayıtmasının qarşısını almaq və tarixi yaddaşını silmək olub. Ona görə də cinayətkar dövlət haqqında danışarkən paralel olaraq onların məsuliyyətindən də söz açmalıyıq".скачать dle 12.1