Bia.Az

Partiyaları yox edəcək YENİ QANUN... - Bundan sonra...

Siyasət
 14-02-2023, 12:06     223

“Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqlənməsindən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyaların hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək qərarı verməsi ilə bağlı xəbərlər yayılıb. Deyilənə görə, partiyaların bu addımı yenidən qeydiyyat problemi ilə bağlıdır. Yeni qanunda partiyaların qeydiyyata alınması üçün ən azı 5000 üzv tələb edilir ki, bu da partiyalar üçün problemlər yaradır. Partiyalara yeni qanuna uyğunlaşmaq üçün 6 ay vaxt verilib. YAP-a birləşmək istəyən partiyalar arasında Sosial Rifah Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal- Demokrat Partiyası və bu kimi partiyaların adı çəkilib.

DİA.AZ-ın bilgisinə görə, yayılan məlumatla bağlı "Şərq"ə danışan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib ki, "Siyasi Partiyalar haqqında" qanun qüvvəyə mindikdən sonra yenidən qeydiyyatla bağlı partiyanın imkanları götür-qoy edilir. Partiya rəhbərinin sözlərinə görə, bu vaxta qədər Yeni Azərbaycan Partiyasına birləşməklə bağlı heç bir təşəbbüs, yaxud müraciət olmayıb:

Partiyaları yox edəcək YENİ QANUN...

"Sadəcə, müzakirələr dövründə hansısa siyasi partiyalarla birləşmək məsələsinin zəruriliyini dilə gətirmişəm. Bundan sonra kiçik partiyaların yaşamaq imkanının olmayacağını demişəm.

Siyasi partiya liderləri "kiçik olsun, mənim olsun" düşüncəsindən imtina etməlidir. Hesab edirəm ki, yeni qanun iri partiyaların yaranmasını və yaşamasını təmsil edən qanundur. Xırda partiyaların 5000 üzv tələbinə əməl etməsi çox çətindir.

Çünki əhali siyasi partiyalara münasibətdə məsafəli durmağa üstünlük verir. Partiyalara yaxınlaşmaq, üzv olmaq istəyində olanlar çox deyil. Cəmiyyətin böyük bir hissəsi kənarda qalmağı daha düzgün sayır. Biz də imkanlarımıza nəzər salırıq. 5 min tələbinə əməl edə bilərikmi? Əgər bu şərtə əməl etsək, partiya kimi bundan sonra fəaliyyət göstərmək nə dərəcədə səmərli olacaq? Yaxın günlərdə bu məsələləri geniş müzakirə edərək son qərarımızı vermək fikrindəyik".
скачать dle 12.1