Bia.Az

İranlı nazirdən Azərbaycana qarşı ittiham

Siyasət
 13-02-2023, 12:00     227

İranın iqtisadiyyat naziri Ehsan Xanduzi Astara sərhəd-keçid məntəqəsində malların idxalı və ixracında problemlər yarandığını deyib.

Axar.az xəbər verir ki, iranlı nazir buna görə Azərbaycan Respublikasını günahlandırıb.

“Prosesin uzanması hər iki tərəfin rəsmi prosedurları ilə bağlıdır. Ancaq bəzi hallarda qonşu ölkə şeytanlıq edərək problem törədir. İqtisadiyyat və Xarici İşlər Nazirliyi vasitəsilə bu problemin həlli istiqamətində danışıqlar aparılıb”, - deyə, Xanduzi Azərbaycan tərəfini ittiham edib.скачать dle 12.1