Bia.Az

Ceyhun Bayramov Qəhrəmanmaraşdadır

Siyasət
 11-02-2023, 13:12     215

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Qəhrəmanmaraş şəhərinə səfərə yola düşüb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.

***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Qəhrəmanmaraş şəhərinə gəlib.
Naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.скачать dle 12.1