Bia.Az

"Azərbaycanda oturub, Türkiyəyə qarşı..." - Aygün Muradxanlının yazısı

Siyasət
 9-02-2023, 12:15     249

Bu gün Azərbaycanda işıqlı nə görürüksə, arxasında Türkiyə gücü var

Sosial şəbəkələrdə durmadan Türkiyə əleyhinə təbliğat aparan Azərbaycan vətəndaşları ölkə ərazilərindədirlərsə, dərhal aidiyatlı qurumları çağırılmalı, onlara xəbərdarlıq edilməlidir. Bu, birmənalı olaraq Azərbaycanın dövlət və milli maraqlarına qarşı fəaliyyətdir.
Azərbaycan ərazisindən 15-20 faiz geniş, təxminən 100 min kv kim-dən artıq ərazidə dəhşətli fəlakət baş verib, bəziləri fürsətcilliklə məşğuldur. Siz evinizdə adam öləndə, dağıntı, fəlakət olanda ölünüzü basdırırsız, dağıntıları toplayırsız, yoxsa evin böyüyünü ələ salırsız, evinizdə yas olduğuna sevinənlərə qoşulub ağzınıza gələni danışırsınız?
1675758118_1066626920_0_0_3073_1728_1920x0_80_0_0_44dca45ef97324785e1d4d7569a427bf.jpg (1.11 MB)
Bu yaramazların çoxunun Azərbaycana 1 qəpiklik xeyri olmayıb. Üstəlik 90-ların başlanğıcında Azərbaycanın keçdiyi ağır yoldan ya xəbərsizdirlər, ya da bilib danırlar. Birdəfəlik qanın!!! Türkiyənin dəstək vermədiyi Azərbaycan köksüz budaq kimidir - Rusiya bizi 2 barmağında sındırar. Bu gün Azərbaycanda işıqlı nə görürüksə, arxasında Türkiyə gücü var. Ordumuzu necə təmizlədik? Türkiyədə təhsil alan zabitlərimizlə, AK Parti iqtidarının Türkiyə Ordusuna verdiyi dəstəklə. Qələbəni necə qazandıq? Türkiyənin hərbi zəkası, siyasi dəstəyilə. Canımızı tapşırmağa həkim axtaranda kimi soraqlayırıq ? Türkiyədə oxuyanlarımızı... Övladımızı təhsil dalınca göndərmək istəyəndə ilk ağlımıza hansı ölkə gəlir? Türkiyə. Gəzməyə, dincəlməyə hara gedirik? Türkiyəyə. Can Azərbaycan sözünü harsı dövlətin hakimiyyətindən və xalqından eşidirik? Türkiyənin. Məhz AK Parti iqtidarının idarə etdiyi Türkiyənin. Bu iqtidar Türkiyə vətəndaşlarının iradəsilə 20 ildir hakimiyyətdədir. Kimin nə həddinədir o iradəyə qarşı çıxmaq?
9ec2e9af069e0021198bcafb62370323.jpg (89 KB)
Bilən də bilməyən də, qanan da qanmayan da özünü “azadlıq aşiqi” kimi göstərmək dərdinə düşüb. Deyim sizin dərdiniz nədir? Gerizəkalılığınız! Ölkənizdə, coğrafiyanızda nələr baş verdiyini anlamamağınız! Sizə necə bir Türkiyə lazımdır? “Söz azadlığı”na əməl edib Qərbə qapazaltı olan Türkiyə? Qafqazı Rusiya ərazisi kimi görüb Moskva ilə məsafəli davranan Türkiyə? Türk cümhuriyyətlərindən üz çevirib içəridə kənardan gələn əmrləri yerinə yetirən iqtidarlı Türkiyə? Türkiyənin böyüməsindən dəliyə dönən düşmən də bunu arzulayır, siz də. Bu necə olur???
Bu günkü Azərbaycanda yaşayanların hər birinin Türkiyəyə vəfa bocu var. O borc tələb edir ki, millət olaraq özümüzü ərdəmli aparaq. Zatən eləyik. Azərbaycanın Türkiyə ilə bir ürək olmasının son 3 gündə o qədər təsirli örnəyi var…
Amma hədsizlik edənlərə hədd mütləq bildirilməlidir! Mütləq!!!
Aygün MURADXANLIскачать dle 12.1