Bia.Az

Ayə, qoymayın, üstümüzə İRAN GƏLİR... - Yanında da Paşinyan gəlir...

Siyasət
 9-02-2023, 11:28     232

İranın adı yenə də xəyanətdə, təxribatda hallanır... Söhbət SEPAH-la Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı hərbi hücum tədarükündən gedir. Belə bir iddia var. Hətta bu iddia doğru çıxmasa belə, burada diqqətçəkəni İranın adının belə işlərdə hallanması və hər kəsin də bunu təbii qarşılamasıdır.
Yəni bu zatıqırıq fars-molla rejiminin Azərbaycanla bağlı hansısa mübarək planı mövcud deyil, olmayıb, ola da bilməz. Onların ağıllarında olanı odur ki, qardaş Türkiyənin başı özünə qarışıb və fürsətdir, meydanda tək qalacaq Azərbaycanı təkləyib, haldan salsınlar...
Daha düşünmürlər ki, nə qardaş Türkiyə haldan düşməyib, nə də Azərbaycan təkbaşına belə olsa hələm-hələm yeniləcək güc deyil və bu xüsusən də İranla Ermənistanın başbilənlərinin BAŞLARI ÜÇÜN DEYİL...
İrandakı fars-molla rejimi o qədər idbar mahiyyətdədir ki, hətta qardaş Türkiyədə baş verən zəlzələnin acılarının dəf olunmasında Türkiyə ilə hətta düşmənçiliyi belə şübhə doğurmayan Yunanstan qədərində KİŞİLİK ORTAYA QOYA BİLMƏDİLƏR... Əslində, İrandan belə bir kişiliyi gözləyən də yox idi... Kişidən kişilik gözlənilər... Yuxaırda da qeyd etdim ki, irandan ancaq şərəfsizlik gözləyirik ki, gözləntilərimizdə də yanılmırıq...
Hə, indi də guya meydanı boş görüb hücum edəcəklərmiş... Gəlsinlər... Elə bu təkcə Ermənistanın yox, elə İranın özünün sonunu tezləşdirən bir prosesə təkan vermiş olacaq. Onsuz da bu aqibət İranı gözləyir və bizim hər zaman özünü doğruldan gözləntilərimiz də bu dəfə məhz bundan yanadır...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru
скачать dle 12.1