Bia.Az

"TÜRKİYƏYƏ, BİZƏ QARŞI SƏLİB MÜHARİBƏSİ BAŞLAYIB" - "Erməni ilə üstümüzə gələn İranın nəyi islam ölkəsidir?" + VİDEO

Siyasət
 7-02-2023, 13:47     239

"Türkiyə və Azərbaycana qarşı bir səlib müharibəsi başlayıb. Türk dünyasının, Azərbaycanın üstünə erməniyə, Avropaya qoşulub gələn İranın nəyi islam ölkəsidir? İranda azərbaycanlıların dilini, mədəniyyətini, varlığını əlindən alırlar".

Bunu Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Millət vəkilinin fikrincə, İran rejimini yönəldənlər bölücülük təfəkkürü ilə yaşayırlar.
"Bizi nə qədər yox sayacaqsız? Soydaşlarımıza nə qədər əziyyət verəcəksiz? Axı İranın özü bir türk dövlətidir. Min illər bu dövlətin başında türklər dayanıb", - deyə millət vəkili bildirib.
Onun sözlərinə görə, İran rejiminin niyyəti Güney Azərbaycanı bitirməkdir: "İranda son aylarda baş verən olaylar, İran mətbuatında biri-birini əvəz edən anti-Azərbaycan yazıları, sərhədlərimizdə güc nümayişi və nəhayət, Tehranda Azərbaycan səfirliyinə hücumı İran mövzusunun gündəmdən çıxmasına imkan vermir. İran haqqında nə qədər danışsaq da, cənub qonşumuz daim sanki bu mövzunun daha da qəlizləşməsi üçün şərait yaradır.
Bütün ömrüm boyu İranın yerli xalqı olan Azərbaycan türklərinə qarşı şovinist fars molla rejiminin apardığı vəhşi assimilyasiya siyasəti barədə danişmışam. Daim bu məsələnin Azərbaycan, Güney azərbaycanlılar üçün ölüm-dirim məsələsi olduğunu demişəm. İran tərəfi buna don geyindirir. Guya, Azərbaycan Cümhuriyyətində bir İran düşmənçiliyi var. Ancaq bu, yalandır. Bizdə İran düşmənçiliyi deyilən bir məsələ yoxdur. İranın atdığı addımlar, Tehranın bizim düşmənimizlə dostluğu olmasa, biz İrana həmişə olduğu kimi, normal münasibət bəsləyərik".
Millət vəkili vurğulayıb ki, 35-40 milyon insanımız illər uzunu Güney Azərbaycanda hüquqlarından məhrum edilmiş şəraitdə yaşasa da, Azərbaycan bu məsələni dünya mətbutaına çıxarmayıb: "Öz aramızda danışmışıq, amma bu məsələni beynəlxalq müzakirə mövzusuna çevirməmişik. Buna baxmayaraq, 90-cı illərin əvvəllərində İrana ilk rəsmi nümayəndə heyətinin tərkibində gedəndə bu ölknin rəsmilərinə demişəm ki, İranın gələcəyini düşünürsünüzsə, burada azsaylı hesab etdiyiniz xalqların haqlarını tanınmalı, onların dili və mədəniyyətinin inkişafına şərait yaratmalısız. Çünki orada elə xalqlar var ki, həmin torpaqlarda fars mədəniyyətindən daha qədim mədəniyyətə, daha böyük keçmişə sahibdirlər. Bunu inkar edə bilməzsiniz".
İranın Azərbaycan və Türkiyənin düşmənləri ilə müttəfiq olduğunu, Qərb dövlətlərinin türk dünyasına qarşı "səlib yürüşü"nə dəstək verdiyini diqqətə çəkən S.Rüstəmxanlı şovinist molla rejiminin Güney Azərbaycanın bölgələrini məqsədli çəkildə tənəzzülə uğratdığını, faydalı qazıntı yataqlarını talan etdiyini, Urmiya gölünü qurutduğunu bildirib. (Bakupost.az)
Daha ətraflı "Sabir Rüstəmxanlı söhbətləri"ndə...


скачать dle 12.1