Bia.Az

Bu 4 dost Ermənistanı yer üzündən siləcək - ermənilər təlaşda!

Siyasət
 4-02-2023, 12:01     182

Ermənilər yəhudiləri də bezdirib - Rəylər

“Ermənilərə qarşı nifrəti təbliğ edən vərəqələr icmamızı qorxutmayacaq”.  Bu barədə Daşnaksütyun Gənclər İdarəsinin üzvü Ani Qazaryan NEWS.am-a müsahibəsində bildirib. Məsələ ondadır ki, srağagün ABŞ-nin Beverli-Hillz şəhərindəki dirəklərdə “Azərbaycan+Türkiyə+Pakistan+İsrail = Ermənistanı dünya xəritəsindən siləcək 4 qardaş! İnşallah” yazısı olan vərəqələr yapışdırılıb. Kazaryan şəhərdə 20-yə yaxın belə vərəqə gördüyünü deyib. Onun sözlərinə görə, vərəqələri yığıb polisə aparıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

“Onlar erməni icmasını bu cür qorxutmağa çalışırlar, lakin bu, bizi qorxutmayacaq, erməni xalqının səsini kəsməyə məcbur edə bilməzlər. Erməni lobbisinin etirazları ardıcıl olacaq. Biz Qarabağ yolunun açılması tələbimiz haqqında danışmağa davam edəcəyik”, - deyə gənc daşnak ünsürü bildirib.
Qeyd edək ki, son vaxtlar İsraildə də potensial fitnə-fəsad mənbəyi olan ermənilərə qarşı dözümsüzlük halları artıb. Yerli gənclər onların yəhudi dövlətindən rədd olub getməsini tələb edirlər. Məsələ ilə bağlı hətta oradakı erməni katolikosu İsrail hökumətinə müraciət də ünvanlayıb. Bu fonda Amerikada Ermənistan əleyhinə yayılan “Azərbaycan+Türkiyə+Pakistan+İsrail = 4 qardaş!” vərəqələri maraq doğurur. 
Ermənilərə qarşı sərtləşən münasibət nə ilə bağlıdır, İrəvanın İrana xeyli yaxınlaşması, onunla hərbi sahədə əməkdaşlığı genişləndirməsi ilə, yoxsa başqa səbəblər var?
Azərbaycan Milli İstiqlal Partiyasının Sədri – Azərbaycan Milli İstiqlal  Partiyası
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ermənilər xəstə təxəyyüllü toplum olmaqla yanaşı, türklərə, müsəlmanlara, Azərbaycana qarşı olan güclərin əlində istifadə olunmaq üçün materialdırlar: “Zaman-zaman bu iyrənc materialdan türk dünyasına qarşı istifadə olunub. Bunlar yaşadıqları ərazilərdə həmin dövlətlərə, eləcə də qonşulara hər zaman xəyanət ediblər. Köçüb gəlib yerləşdikləri torpaqları ”tarixi erməni torpaqları" adlandırmaqdan ermənilər heç zaman utanmayıb. Onlar özlərini dünyada “soyqırımına” məruz qalan bir nömrəli xalq kimi də təqdim edirlər. Faktiki olaraq həmişə yəhudilərin soyıqımını arxa plana keçirməyə çalışırlar. İndi də bəlli olur ki, İsraildə yaşayan ermənilər yəhudilərə problemlər yaratmağa başlayıblar, onların anım günlərini saya salmırlar, yəhudilərə hücumlar edirlər. Erməni xarakteri budur - harda yaşayırlarsa orada digər xalqları sıxışdırımaq, bezdirmək, gücü çatarsa məhv edib ərazini özününküləşdirmək.
Ermənilərin İranın molla rejimi ilə müttəfiqliyi də Türkiyə, Azərbaycan, İsrail və Pakistana qarşıdır. Sadaladığım amillər artıq bir sıra dövlətləri erməni faşizminə qarşı birgə dirənişə vadar edir. Azərbaycan-Türkiyə-Pakistan-İsrail birliyi həm də birgə dirənişdir. Bu dirəniş zəruridir. İsrail dəqiq bilir ki, zaman-zaman yəhudi xalqına qarşı törədilən soyqırımı aktlarında ermənilər aktiv rol alıblar. Qaregin Njde nümunəsi var. Həmçinin Azərbaycanın Quba bölgəsində 20-ci əsrin əvvəllərində Azərbaycan türkləri ilə yanaşı, yəhudilərə qarşı da ermənilər amansız soyıqırımı həyata keçiriblər. Ermənilərin o dövrdə yəhudilərin kompakt yaşadıqları kənd və qəsəbələrə hücum edərək kütləvi qətliamlar törədiblər, yəhudilərə işgəncə veriblər. Tarix də diktə edir ki, Azərbaycanla İsrail, eləcə də bizə qardaş olan Türkiyə və Pakistan erməni şovinizminə qarşı birlikdə mübarizə aparmalıdır".
Abutalıb Səmədov: Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşmənə  tarix boyu unutmayacağı bir dərs verdi
Abutalıb Səmədov
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, ABŞ-də və bir sıra digər ölkələrdə ermənilərə qarşı sərtləşən münasibətin kökündə Ermənistan hakimiyyətinin yeritdiyi siyasət dayanır: “Burada mühüm yeri, şübhəsiz ki, Ermənistan-İran yaxınlaşması tutur. Doğrudur, İrəvan-Tehran hərbi əməkdaşlığı barədə müəyyən informasiyalar yayılsa da, hələlik onları təsdiqləyən rəsmi məlumatlar yoxdur. Ermənistan Qərbi hiddətləndirəcək və ona münasibəti kəskin dəyişdirəcək belə əməkdaşlığa getməyə cəsarət edə bilərmi? Açıq şəkildə ermənilərin bu addımı atmaqdan qorxduğu göz qabağındadır. Ancaq bu o demək deyil ki, onlar İrandan gizli şəkildə silah almağa başlamayıblar. İranın son aylar Azərbaycana və Ermənistana münasibətdə açıq şəkildə sərgilədiyi davranış bunu söyləməyə imkan verir.
Digər tərəfdən, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın “Al-Monitor” nəşrinə verdiyi müsahibədə ötən ilin sentyabrında baş verən döyüşlər zamanı İranın ermənilərə “qardaşlıq” yardımı barədə söylədikləri də Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanan iki dövlətin münasibətləri barədə müəyyən nəticələr çıxarmağa imkan yaradır. Güman etmək olar ki, Ermənistan ən azından İran dronlarını almağa artıq başlayıb və bu məqam istəyəndə hər şeyi görən Qərbin diqqətindən kənarda qala və ona münasibətin dəyişməsinə səbəb olmaya  bilməz.
Onu da qeyd etmək lazımdır ki, Ermənistana münasibətin dəyişməsinin əsas səbəblərindən biri ermənilərin Rusiya-Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqedir. Bu işğalçılıq müharibəsində Rusiyanın yanında olduğunu gizlətməyən və təcavüzə məruz qalan Ukraynaya deyil, işğalçıya “humanitar yardım” göndərənlərə, bir Fransanı çıxmaq şərtilə, Qərb dövlətlərinin münasibətinin pisləşməsi təbiidir. Nəhayət, ermənilərə ilk növbədə ABŞ-nin münasibətinin dəyişməsində həlledici məqamlardan biri Ermənistan hakimiyyətinin rus hərbçilərinin uzun müddət bölgədə qalmasına yönələn hərəkətləri və verdiyi bəyanatlardır".
A.Səmədov hesab edir ki, ermənilərin bu davranışı Rusiyanı bölgədən “qovub çıxarmağa” çalışan ABŞ-nin, təbii ki, xoşuna gələ bilməz.  Ermənistanın Qərbdə dayaqlarının itirilməsi fonunda Azərbaycanın nüfuzunun durmadan artması qarşıdan gələn aylarda ciddi diplomatik uğurlar qazanmağımıza şərait yarada bilər və bu perspektiv erməniləri həddindən artıq qorxudur: “Ancaq bu durumda dünyanın ”çıxdaş" vəziyyətinə saldığı Rusiya və İrana yaxınlaşmaq Ermənistana yaxşı heç nə verməyəcək və “Qərbə yaxınlaşmaq istədiyini” bəyan edən ermənilərin riyakarlığı Qərbdə ona qarşı narazılığı daha da artıracaq".
Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”
Akif Nağı 
Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, bu cür aksiyalar ermənilərin sarsaq, ağılsız təbliğatı və hərəkətlərinə əks reaksiyadır: “Ermənilər son 300 il ərzində özlərini bütün dünyaya qarşı qoymaqla hər kəsin nifrətini qazanıblar. Hələ də bu nifrətin səbəbini başa düşmək istəmir, axmaqlıqlarını davam etdirirlər. Sizin qeyd etdiyiniz kimi, hər yerdə, o cümlədən Qüdsdə antierməni əhvalı güclənir. Bunun da günahı ermənilərin özündədir. Onların hər işi saxtakarlıq üstündə qurulub. Qüdsdə də onlar heç vaxt olmayıblar, oradakı alban kilsələrini mənimsəyib, osmanlıların vaxtında yalanla orada özlərinə yer ediblər. Bunu hər kəs bilir və onları oradan uzaqlaşdırmağa çalışır. Dünya dinlərinin beşiyi olan bu şəhərdə erməni murdarlığına yer yoxdur. Qeyd etdiyiniz dördtərəfli alyans həm bu səbəbdən formalaşıb, həm də siyasi motivlərin də təsiri yox deyil. Ümumi məqsəd, hədəf və rəqiblərin olması bu dörd dövlətin birlikdə hərəkətini şərtləndirir. Bizim üçün daha maraqlısı dövlətlərin, nəhayət ki, ermənilərin həqiqi mahiyyətini dərk etməsidir. Getdikcə bu cür dövlətlərin sayı artacaq. Ermənilər düzgün nəticə çıxarmasalar, təklikdə qalacaqlar”./“Yeni Müsavat”/скачать dle 12.1