Bia.Az

Fuad Nəcəfli Naxçıvanı DƏYİŞƏCƏKMİ? – “Dəyişiklik görməmişəm… görsəm, deyərəm…”

Siyasət
 4-02-2023, 11:36     166

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısı qələbəlikldir. Muxtar respublikanın hər yerindən vətəndaşlar öz şikayətlərini çatdırmağa tələsirlər.

Toplum tv-nin əməkdaşı təkcə Naxçıvan şəhərində yox, muxtar respublikanın fərqli bölgələrinə də baş çəkib. Culfanın Bənəniyar kənd sakinləri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun dövründə ögey münasibətlə qarşılaşdıqlarını deyirlər, onun dövründə kəndə hərbi texnikanın vasitəsilə girən polisin bənəyarlılara divan tutduğunu, işgəncələrdən az sonra bir nəfərin həyatını itirdiyini bildirirlər. Hüquq-mühafizə orqanlarının yeni rəhbərliyi 13 il öncə əvvəl baş verənləri araşdırmağa başlayıb.
Vasif Talıbovun istefasından sonra yerli mediada onun ailəsinin qazandığı milyonlar haqda danışılmağa başlandı. Bənənyar sakinlərisə deyirlər ki, bu naxçıvanlılar üçün yenilik deyil.
Muxtar respublikada başlıca problemlərdən biri işsizlikdir. Bu üzdən çoxları ya Türkiyəyə üz tutur, ya ölkə paytaxı Bakıya. Ona görə də kəndlər boşalır. Belə kəndlərdən biri də Şərurun Ərəbyengicə kəndidir. Ərəbyengicədən olan Əli Seyidov hakimiyyətdəki dəyişikliklər haqqında nikbin düşünür. Deyir, özünün bundan sonra nələrsə arzulamaq üçün yaşı ötsə, gənclər üçün kəndin abadlığa çevrilməsini istəyir.
Muxtar Respublikada keçmişdən çox danışılsa da, sakinlər daha çox gələcəyi, bundan sonranı düşünürlər. Bundan sonra naxçıvanlılar rahat nəfəs ala, iş qura, tərk etdikləri evlərinə qayıda, ailələrinə çörək qazana biləcəklərmi? Siyasi fəaliyyətlərinə görə təqib olunmayaqlar ki, ayrı-seçkiliklə üzləşməyəcəklər ki? Yeni rəhbərliyin təyinatından bir aydan çox keçir. Naxçıvanlılar hələlik xüsusi fərq hiss etmədiklərini deyirlər.
скачать dle 12.1