Bia.Az

“İsveç, narahat olma, sənin NATO-ya daxil olmağına “hə” deməyəcəyik”

Siyasət
 1-02-2023, 18:07     186

“İsveç, narahat olma. Nə qədər ki, mənim müqəddəs kitabım olan Qurani-Kərimin yandırılmasına, cırılmasına icazə verəcəksən, biz sənin NATO-ya daxil olmağına “hə” deməyəcəyik”.

Turantv.az  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında deyib.

O bildirib ki, Türkiyənin eyni məsələ ilə bağlı Finlandiyaya qarşı münasibəti müsbətdir, lakin İsveçə qarşı yox.

Qeyd edək ki, yanvarın 21-də ifrat sağçı Danimarka-İsveç siyasətçisi Rasmus Paludan Stokholmdakı Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabı Quranı yandırıb.


Paludanın bu hərəkəti zamanı İsveç polisi təhlükəsizlik tədbirləri görsə də, ona müdaxilə etməyib.скачать dle 12.1