Bia.Az

Saakaşvili Gürcüstanda siyasətdən geri çəkildi

Siyasət
 1-02-2023, 17:59     169

2021-ci ilin oktyabrından həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan siyasətindən getmək niyyətini açıqlayıb.

Bu barədə eks-prezident qurduğu “Milli Vahid Hərəkat” partiyasının yeni seçilmiş lideri Levan Xabeişviliyə ünvanladığı təbrik məktubunda yazıb.


“Mən Gürcüstanda heç bir siyasi fəaliyyətlə məşğul olmaq fikrində deyiləm, amma istər Ukraynadan olsun, istərsə də başqa yerdən olsun, səni həmişə dəstəkləyəcəm”, – Saakaşvili qeyd edib.скачать dle 12.1