Bia.Az

“Vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe tələb edəcək” - Politoloq

Siyasət
 1-02-2023, 02:20     165

"Erməni saytları və erməni lobbisinə bağlı mərkəzlər Azərbaycana qarşı növbəti dezinformasiya yayıblar, guya İsrail İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə edib. Bu xəbərləri erməni saytları və İrandakı radikal dairələr keçmiş illərdə də tirajlayırdılar, ancaq ortada heç zaman fakt olmayıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, dezinformasiyanın məqsədi İran-Azərbaycan münasibətlərinin hazırkı gərginliyini iki ölkə arasında qarşıdurma səviyyəsinə çatdırmaqdır.

Politoloq vurğulayıb ki, Azərbaycan İran münasibətləri gərgin olsa da, biz heç bir dövlətin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə imkan vermərik: 

“Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Erməni ekspertlər isə açıq bildirirlər ki, Azərbaycana qarşı mübarizədə İrana informativ dəstəyi artırmaq lazımdır. Bunlar “İrana informativ dəstək” dedikdə Azərbaycana qarşı təxribatçı xəbərlərə əsaslanan informasiya müharibəsini nəzərdə tuturlar”.

Təhlilçi qeyd edir ki, əslində biz ermənilərin bu yanaşmasından öz məqsədlərimiz üçün istifadə edə bilərik. “Biz bölgədə müharibənin əleyhinəyik. Ancaq əgər İrana qarşı koalisiya formalaşdığı halda Ermənistan İrana dəstəyini artırarsa, Qərb ölkələrində Ermənistanın mövqeyinin zəifləməsinə nail ola bilərik. Bunun üçün diplomatik fəallığı artırmaq lazım gələcək”, - o bildirib.
E.Şahinoğlunun sözlərinə görə, İsrailin İrana zərbələri Ermənistanın siyasi dairələrini çətin duruma salıb: “Rəsmi İrəvan baş verənlərə hələ ki, münasibət bildirmir. Ancaq vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe təl

əb edəcək. Tehran Ermənistana illərdir verdiyi dəstəyin, Zəngəzur dəhlizinə yaratdığı əngəlin əvəzini istəyəcək. Ermənistan Baş naziri Nikol Paşinyan İranla sıx münasibətlər fonunda ABŞ və Fransa ilə münasibətlərin inkişafına ümidlidir. İrana qarşı koalisiya formalaşarsa, Paşinyan böyük ehtimalla, neytral mövqedə qalmağa çalışacaq. Bu isə nə Vaşinqtonun, nə də Tehranın xoşuna gələcək”.скачать dle 12.1