Bia.Az

Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürüldü

Siyasət
 31-01-2023, 19:13     158

Xural TV-nin həbsdə olan baş redaktoru Əvəz Zeynallının saxlanıldığı təcridxana dəyişdirilib.

BUTA.TV xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

O, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

Hazırda Ə.Zeynallının ibtidai istintaqı davam edir.

Xatırladaq ki, Ə.Zeynallı və vəkil Elçin Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra E.Sadıqov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.скачать dle 12.1