Bia.Az

İran bizə dost olsa, canavar da vegeterian olar! – Bir gündə 2 terror aktının tək səbəbi

Siyasət
 28-01-2023, 13:37     172

Tehrandakı səfirliyimizə terror hücumu və onun mümkün səbəb-motivləri haqda yetərincə yazılıb. Hərçənd gün kimi aydın olan, daşlaşmış bir həqiqət var: bu alçaq əməlin qayəsində İran adlı dövlətin Azərbaycan dövlətinin varlığını qəbul eləməməsi dayanır.
Görünür, İran dağılmayınca bu “qarınağrısı” da kəsilməyəcək. Yəni Tehranın müstəqil Azərbaycana nifrəti, antipatiyası təkcə hakimiyyət məsələsi deyil. Bizə qarşı aşırı düşmənçiliyi fars dövlətinin mahiyyətindən qaynaqlanır. Odur ki, işimizi möhkəm tutmalı, sərvaxt olmalı, güclənməli, güclənməliyik!..
Yada salaq, bədnam cənub qonşumuz Azərbaycan Respublikasının müstəqilliyini xeyli sonra, 8-ci sırada, hətta Rumıniyadan sonra tanıyıb. Ona qədər isə rəsmi Tehran artıq Tacikistanı da dövlət kimi tanımışdı. Bununla açıq mesaj vermişdi ki, müstəqilliyimizdən yumşaq desək, məmnun deyil.
Halbuki qardaş Türkiyə bir an belə tərəddüd eləmədi, müstəqilliyimizi tanıyan ilk dövlət oldu. Hələ o vaxtdan – 90-cı illərin əvvəlindın bəlli idi ki, kim bizə dost nəzəri ilə baxacaq, yanımızda olacaq, köməyimizə tələsəcək, kim isə düşmən və bizə qarşı. Elə də oldu.
Təsadüfi deyil ki, cəmi bir il sonra (1992, may) rəsmi Tehran “vasitəçilik” bəhanəsi ilə Şuşanın erməni işğalına şərait yaratdı. Terrorçu və təcavüzkar Ermənistan üçün 30 ilə yaxın “nəfəslik” rolu oynadı. Hətta şərəfsiz dığalarla birləşib Şuşada Gövhər Ağa məscidini “təmir” adı ilə farslaşdırmağa cəhd də elədi.
Panfarsist rejimi 44 günlük Vətən müharibəmizdən sonra da sakitləşmədi, bəd niyyətindən qalmadı: Araz boyu, təzəcə azad elədiyimiz sərhədin yaxınlığında iki dəfə hərbi təlimlər keçirib bizi hədələdi. Amma erməni işğalı dövründə belə təlimlər nədənsə yadına düşməmişdi.
Biz hələ az sonra Qarabağa keçib “Şeytan yuvasın”da separatçılara təlim keçmək istəyən, lakin ifşa olunan iranlı diversan-təxribatçıları demirik (Notamıza indiyədək cavab verməyiblər. Nə desinlər?) İranın din pərdəsi altında on illərdir ölkəmizdə özünün geniş casus şəbəkəsini, “5-ci kolonu”nu yaratması da öz yerində...
WhatsApp Image 2023-01-28 at 13.18.23.jpeg (53 KB)
 
Qayıdaq səfrirlimyiməz qarşı xain terror aktına. Diqqət edin, həmin faciəvi gün – dünən Tehranda ermənilərin Laçın yolunun “blokadası” bəhanəsi ilə “Artsaxa dəstək” aksiyası keçirilib. Bu haqda İran kəşfiyyatına yaxınlığı ilə bilinən və uzun müddətdir ölkəmizə qarşı təxribatla məşğul olan Azariha.org xəbər portalının “Azariha” Teleqram kanalı məlumat yayıb.
Erməni Yerkir.am saytının məlumatına görə isə “aksiyada 4 minə yaxın erməni və iranlı” iştirak edib. Bəlli olur ki, anti-Azərbaycan tədbirinə farslar da qatılıb. Bu harasıdır, orada mifik “artsax”in uydurma ombudsmanı Qeqam Abramyan (!!) və Ermənistan parlamentinin müxalifətdən olan deputatı Aspram Krpeyan da iştirak və çıxış edib.
Bu da sizə Azərbaycan xalqı əleyhinə erməni-fars qardaşlığının növbəti parlaq təzahürü! Özlərinin dedikləri kimi, bunlar doğrudan da genetik qohum millətlərdir...
Beləcə, Tehranda bir gündə millətimizə və dövlətimizə qarşı iki terror aktı törədilib – biri fiziki, digəri mənəvi terror! Görəsən başqa nə olmalıdır ki, məscidlərdə donuz saxlamış ermənilərə, separatçı-quldurlara bu gün də qucaq açan, Azərbaycanın qəsdinə duran İranın islami dəyərlərə, ümmətə dəxli olmadığına əmin olasan? Daha nə baş verməlidir ki, bu taydakı bəzi manqurtlar panfarsist hakimiyyət haqda bir də dillərinə xoş söz gətirməsinlər, İrandan bizə dost olmadığını birdəfəlik kəsdirsinlər?!
İrandan Azərbaycana dost olsa, canavardan da vegeterian olar! Bizim gerçək dostumuz Türk dünyası, Türkiyə! Torpaqlarımızın işğaldan azad olunmasında bizə hər cür kömək göstərmiş İsrail, Pakistan İslam Respublikası – həqiqi islam dövləti!
Vaxtımızı, enerjimizi, əsəblərimizi boş yerə xərcləməyək. Elə ümidlərimizi də...
Zahid SƏFƏROĞLUскачать dle 12.1