Bia.Az

İran nağılları KÖLGƏDƏ - Videokadrlar bunu sübut edir

Siyasət
 27-01-2023, 14:22     218

"Tehrandakı səfirliyimizə edilən hücum onu deməyə əsas verir ki, bu, bir sıra xüsusi xidmət orqanlarının və SEPAH-la əlaqəli qrupların işidir. Çünki ötən ilin avqustunda da bizim Londondakı səfirliyimizə edilən hücum nəticəsində asılan bayraqlarda dini şüarlar yazılmışdı və dini çağırışlar var idi".

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

ilyas_huseynov_150320.jpg (33 KB)
"Bu iki hal arasında müqayisə aparsaq, deyə bilərik ki, sanki bütün proseslər eyni mərkəzdən idarə olunur, eyni təlimatlar verilir. Səfirliyimizə hücum mühafizə rəisinin, baş leytenantın şəhid olması ilə nəticələndi, 2 nəfər yaralandı. Tehran polisi çaşdırmaq və istintaqın işini yayındırmaq üçün məlumatlar paylaşır – guya ailədaxili qarşıdurma zəmnində proses baş verib və səfirlik ərazisinə uşaqlı şəxs daxil olub. Lakin yayılan videokadrlarda biz bütün bunların yanlış olduğunu görürük. Regionda nifaq salmaq, düşmənçilik toxumu səpmək üçün çalışan qüvvələrin mövcudluğu hiss olunur. Bu da heç kimə sirr deyil.
Azərbaycan bütün bu proseslərdən başıuca çıxacaq. Cənab Prezident İlham Əliyev sosial media hesabında xain hücumla bağlı paylaşım edib. Bunlar onu deməyə əsas verir ki, ən ali səviyyədə reaksiya mövcuddur və biz bu sınaqdan da başıuca çıxacağıq. Baş verən proseslər öz adekvat cavabını almalıdır", - politoloq vurğulayıb. скачать dle 12.1