Bia.Az

120 min hərbçi itirən liderlərin AĞ YALANLARI... - Ərdoğandan sonra o, meydana çıxa bilər

Siyasət
 27-01-2023, 13:30     156

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin 2020-ci ilin fevral və iyul aylarında Ukrayna lideri Vladimir Zelenskiyə bir neçə dəfə zəng edib. Bundan sonra onlar arasında heç bir əlaqə olmayıb. Zelenski isə qeyd edib ki, Putinlə görüşməkdə maraqlı deyil: "Putin bir şey söyləyən və sonra fərqli addım atan adamdır. Mən onu belə tanıyıram".
Liderlər arasında hansısa təmas ola bilərmi?

Politoloq Samir Hümbətov Musavat.com-a bildirib ki, istər Rusiya, istərsə də Ukrayna tərəfinin verdiyi açıqlamaların həqiqəti tam əks etdirdiyini müəyyən etmək o qədər də asan məsələ deyil:

samir.jpg (316 KB)

"Çünki hər iki tərəf bu və ya digər formada müharibənin təsiri altında müxtəlif yalanlar söyləyə bilər. Görünən odur ki, tərəflər arasında bu günə qədər ortaq razılıq əldə edilməyib. Liderlər arasında görüş təşəbbüsü formalaşmayıb. Bir zaman Zelenskinin Putinlə görüşə təşəbbüsü ilə bağlı KİV-də məlumat yayılmışdı, bildirilmişdi ki, müharibədən bir neçə gün öncə - 20-22 fevralda Zelenski bir neçə dəfə Putinə zəng edib, o isə zənglərə cavab verməyib. Hər halda mən düşünmürəm ki, indiki məqamda sürətli şəkildə silahlanan hər iki tərəfin liderinin görüş təşəbbüsü baş tuta bilsin. Ən yaxşı halda vasitəçilər ortada fəaliyyət göstərə bilər. Necə ki, Rəcəb Tayyib Ərdoğanın həm Putinlə, həm də Zelenski ilə münasibəti yaxşıdır, onlarla telefonla əlaqə saxlayır.

3df340c7-53b3-37e5-aa72-1183a9e6313e_850.jpeg (85 KB)

Növbəti mərhələ üçün Çin prezidenti Si Cinpin də dövriyyəyə girə bilər. Amma bu günə qədərki addımlarından hiss edilən odur ki, hələ Çin prezidenti bu addıma tələsmir. O baxımdan düşünürəm ki, Ərdoğandan müəyyən təşəbbüs gələ bilər. Amma Putinlə Zelenskinin görüşü inandırıcı deyil. Rusiyanın Belarusa qoşun yığması ilə növbəti cəbhənin açılması barədə xəbərlər yayılır, digər tərəfdən isə yeni səfərbərliyin olacağıyla bağlı məlumat verilir. 500-700 minlik qoşun yığıla bilər, bu məsələ də gündəmdədir. Digər tərəfdən, Almaniya, Fransa, Böyük Britaniya və ABŞ Ukraynanı sürətli şəkildə silahlandırmaqla Rusiya ilə münaqişəni daha da gərginləşdirməyə doğru addım atırlar. Sürətli şəkildə silahlanan hər iki tərəfin liderinin oturub hər hansı bir formada danışıqlar aparması indiki məqamda inandırıcı görünmür. Hər iki tərəfin 1 il ərzində 120 minə yaxın hərbçi itirdiyi barədə məlumatlar var. Ukraynaya böyük ziyan dəyib, Rusiya isə sanksiyalar altındadır".   
скачать dle 12.1