Bia.Az

“Əliyev rejiminin əzabkeşi”, yoxsa təxribatçı yaramaz - Ermənistanda ayıldılar

Siyasət
 25-01-2023, 11:09     165

Bu, çoxlarını çox gülünc vəziyyətə salan çox ibrətamiz bir hekayədir. Əvvəlcə xatırladaq ki, yanvarın 19-u saat 01:30 radələrində Ermənistan Respublikası (ER) Müdafiə Nazirliyinin Qeqarkunik rayonunun Azat kəndində yerləşən N saylı hərbi hissəsinin mühəndis-istehkamçılar rotasının ərazisində yerləşən kazarmada yanğın baş verib. Nəticədə, azı 15 erməni hərbçi həlak olub.

Ermənistan polisinin ilkin məlumatına görə, bölmənin binasını qızdırmaq üçün istifadə edilən sobanı qalayarkən benzin alışıb. ER İstintaq Komitəsi yanan maddələrdən istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb. Bununla bağlı ER-də geniş müzakirələr aparılıb, ER Müdafiə Nazirliyinin rəhbərliyinin istefaya göndərilməsi tələblərinə qədər müxtəlif çağırışlar səsləndirilib.

Qondarma bloger, əslində isə erməni ağalarının təxribatçısı və “saxlanılan qadın”ı Aleksandr Lapşin də kənarda qalmayıb. Özünü açıq-aşkar genişprofilli mütəxəssis hesab edərək, bu suala da “öz beş qəpiyi”ni qoymaq qərarına gəlib. O, bəyan edib ki, “bu halda əsgərlər hətta düşmənin iştirakı olmadan da həlak olublar, kazarmada sadəcə diri-diri yanıblar”.

Lapşinin mülahizəsinin bu hissəsində hansısa anlaşılmaz kədər hiss edilir. Lakin o, bununla da dayanmayıb: “Necə ola bilər ki, 17 gənc və güclü insan kiçik 2-3 mərtəbəli binadan çıxa bilməsin? Pəncərədən tullansalar belə, ikinci mərtəbədən tullanma ölümcül olmazdı. Belə çıxır ki, kazarmanın çölə açılan pəncərələri və qapıları bağlanıb? Mən düz başa düşürəm ki, erməni kazarmalarının pəncərələri barmaqlıqlarla bağlanır, gecələr isə dəmir qapılar bağlanır ki, əsgərlər çölə çıxmasınlar? Elədirsə, deməli, bu, yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasıdır. Çünki, onu bilməliyik ki, qəfil atəş zamanı da əsgərlər binadan çıxa bilmək imkanına malik olmalıdırlar”.

Ancaq bu da Lapşinin “ağıllı” mülahizələrinin hamısı deyildi. Lapşinin fikrincə, bu faciəyə görə məsuliyyət daşıyan komandirlər ən azı on illərini “pəncərələri barmaqlıqlı qapalı otaqda” keçirməsələr (Nubaraşen həbsxanasını tövsiyə edə bilərəm), o zaman Ermənistan Respublikası proyektinin bağlanması daha məntiqli olardı. Deməli, tam konkret desək, o, Ermənistanı layihə adlandırılıb, başqa heç nə.

Bu layihəni dəqiq kimin yaratdığını və dəstəklədiyini əlavə etmək Lapşinə qalır. Yaxud Boris Qrızlovun Ermənistanın Rusiyanın Qafqazdakı forpostu olduğu ifadəsini xatırlayın. Hələlik Lapşin reallığı bəyan etməkdə o qədər də uzağa getməyib. Amma onun dedikləri belə, yetərli idi ki, bu alçaq Ermənistanda ağır qamçılansın. Hələ ki, sözlü olaraq, sonrasına baxarıq.

"Geqarkunik əsgərləri ilə dəhşətli kədər günündə başqa bir təxribatçı özünü xatırlatmaq qərarına gəldi - Lapşin. O, rəğbət və təsəlli sözləri demək əvəzinə yazdı ki, Ermənistan bir layihə olaraq bağlanmalıdır. Bu alçaqın belə deməyə haqqı varmı və Ermənistanın suverenliyinə qarşı danışmaq haqqını ona kim verib? Özü də dünyanı gəzib aclıqdan ölməməsi üçün həmişə ermənilərdən yemək pulu dilənən bir adama!”, - deyə erməni bloger Roman Bağdasaryan qəzəblənib.

Onun sözlərinə görə, Lapşin özü üçün “Əliyev rejiminin əzabkeşi” obrazını uydurub ki, insanlar bu nağıla inansınlar: “Lapşin hələlik ermənilərdən ancaq xışıltılı əskinaslar alır və Azərbaycan Prezidenti İlham Əliyev isə Lapşinin nəinki çığırtılarına, heç vızıltısına belə, əhəmiyyət vermir”.

Artıq heyrətləndirici bir ifşadır. Lakin, bu da hamısı deyil.

"Rusiyadakı Ermənilər İttifaqına, Qarabağ iş adamlarına, Rusiya xüsusi xidmət orqanlarına işləyən bu cür agentləri həqiqətən də kənarda saxlamaq lazımdır. Qoy, Lapşin və onun kimi əclaflar Ermənistanı öz hesablarına sevsinlər və dünyanı gəzən ac sərgərdanlar kimi bizlərdən çörək pulu ummasınlar. Heç kim imkan verməməlidir ki, belə əclaflar Ermənistan dövləti haqqında əyri söz desinlər”, - deyə R.Baqdasaryan bildirib.

O haqlıdır. Lapşinə bizdə də məhz eyni qiymət verilib. Doğrudan da, Bağdasaryanın təbirincə desək, o, SAR, Qarabağ separatçıları və Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılan və öz məqsədləri üçün istifadə edilən təxribatçı, əclaf və yaramazdır. Başqa bir şey odur ki, biz uzun illər əvvəl bu haqda yazmışdıq, eyni erməniləri belə yaramazlara sərmayə qoymamağa çağırmışdıq. O zaman xəbərdarlığımızı eşitmədilər. İndi qismən də olsa, həqiqəti gördülər.

Lapşinin sponsorları bu layihəyə sərmayə qoymağı dayandıracaqmı? Mən düşünmürəm. Amma ER-də bu yaramaz adama qarşı nifrətin artıq açıq şəkildə özünü göstərməsi çox əhəmiyyətlidir. Əminəm ki, Satanovski, Milonov və indiyədək erməniləri Azərbaycan əleyhinə bəyanatları ilə sevindirən digər personajları da eyni aqibət gözləyir. Elə bir məqam gələcək ki, onlar da erməni tərəfinin qəzəbinə səbəb olacaqlar. Sonra da Lapşinə verilən qiymətin eynisi onlara veriləcək.
//AYNA//скачать dle 12.1