Bia.Az

Azərbaycanda Ərdoğana qarşı kampaniyanı KİM(lər) APARIR? – Replika

Siyasət
 21-01-2023, 13:56     166

Qardaş Türkiyədəki seçki öncəsi Azərbaycanda da bəzi “Soros uşaqları” sayın Ərdoğan əleyhinə kampaniyaya başlayıb! Guya Ərdoğan seçilməsə, Türkiyə inkişaf edəcəkmiş…

Bu gerizəkalılar doğrudanmı Ərdoğanın Türk dünyası, Türkiyə, Azərbaycan, ələlxüsus Qarabağ proseslərində əvəzsiz rolu olduğunu qanmır?


Müşahidə edə bilmirlərmi ki, Türkiyəni maksimum gücləndirən məhz Ərdoğandır?


Korazehin, Qərbin demokratiya nağıllarının utopiyadan başqa bir şey olmadığını anışdıra bilməyən, yaxud yenə qrant havasına girən adamlar necə anlasın, fərqinə varsın, etiraf etsin ki, Türkiyə, türk dünyası, ən əsası, Azərbaycan, Qarabağ proseslərində Ərdoğan əvəzsizdir…


O, Türk dünyasının birləşdirici fiquru, xarizması ilə dünya liderlərini, dünya güclərini Türkiyə ilə hesablaşmağa vadar edən şəxsiyyətdir.


Onunla müqayisə edilə biləcək lider yoxdur Türkiyədə. Ayıq olun. Xüsusən Azərbaycanın dövlət maraqlarını, Qarabağ prosesini nəzərə alın.
Elşad Məmmədli – DİA.AZскачать dle 12.1