Bia.Az

Əkbər Qoşalının Qanlı Yanvarla bağlı yazısı Türkiyənin nüfuzlu dərgisində yayınlanıb

Siyasət
 20-01-2023, 14:31     198

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini, beynəlxalq “ALAŞ” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı qələmə aldığı yazısı qardaş Türkiyədə nüfuzlu dərgidə dərc olunub.

Musavat.com xəbər verir ki, mərkəzi qərargahı İstanbulda yerləşən, Türk dünyasının böyük şəxsiyyəti Turan Yazqannın (və onun fikir yoldaşlarının) yadigarı olan nüfuzlu Türk Dünyası Araşdırmaları Vəqfinin mətbu orqanı olan “TARİH” – Türk dünyası tarix, mədəniyyət dərgisində yer alan yazı son 3 ildə qərənfillərin xarıbülbül qoxumasına vurğu edərək başlayır. Dərginin redaksiyası yazının adını da “Xarıbülbül” olaraq qeyd edib. Yazıda XX yüzilin 90-cı illərinə səyahət edilir, 20 Yanvar hadisələri, Azərbaycan xalqının cəsarəti, əyilməzliyi şərh olunur. Nəhayət, 2020-ci ildə 44 günlük müharibədə qazanılmış tarixi Zəfərlə bütün şəhidlərimizin ruhunun əbədi şadlıq tapdığı vurğulanır.

Bu, yazarın son bir il içində “TARİH”də çıxan üçüncü irihəcmli yazısıdır. Bundan öncə ermənilərin Orta Asiya “politika”sından və Türk xalqları ədəbiyyatının dövrləşməsindən bəhs edən araşdırma yazıları Türk dünyası oxucularına təqdim olunmuşdu.скачать dle 12.1