Bia.Az

Nəşriyyatda ETİRAZ: jurnalistlər ayağa qalxdı - AÇIQLAMA

Siyasət
 18-01-2023, 15:27     171

“Azərbaycan” nəşriyyatının qarşısında keçirilən aksiya kommunal xərclərinin artırılması ilə bağlıdır”.

DİA.AZ bildirir ki, bu sözləri Lent.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, nəşriyyatda xidmət haqları qaldırılıb:

“Əvvəl nəşriyyatda kommunal xərcləri hər kvadrata görə 5 manat 20 qəpikdən hesablayırdılar. İndi isə bahalaşma 60%-i keçib. Hər kvadrata görə 8 manat 60 qəpik kommunal xərcləri tələb olunur. Bu da böyük bir artımdır. Bununla bağlı nəşriyyatda bəzi redaksiyalara rəsmi bildiriş göndərilib. Aksiyada da həmin redaksiyaların əməkdaşları iştirak ediblər. Bu artım bir çox redaksiyaların maddi vəziyyətinə çox ciddi təsir göstərəcək. Belə getsə, bir çox redaksiyalar “Azərbaycan” nəşriyyatını tərk etməli olacaq. Çünki adi bir otaq fərdi yaşayış binasının kirayə haqqından çox gəlir”.

***

Bu gün jurnalistlər "Azərbaycan" Nəşriyyatının önündə aksiya keçiriblər.

Lent.az xəbər verir ki, aksiyaya səbəb icarə haqlarının 50 faizdən çox artırılması ilə bağlıdır. Aksiya zamanı jurnalistlər öz müraciətlərinin nəşriyyat rəhbərliyinə çatdırıblar.

Bildirilir ki, müraciətə cavab sabah saat 10-da veriləcək. Məlumata əsasən, jurnalistlər icarə haqları aşağı salınmayacağı təqdirdə aksiyalara davam edəcəklər.

Məsələ ilə bağlı "Azərbaycan" Nəşriyyatının rəhbərliyi ilə əlaqə yaratmağa çalışdıq. Ancaq hələlik müraciətimizə cavab ala bilmədik.
скачать dle 12.1