Bia.Az

Arayik Arutyunyan Bakının “ağır şərtlərini” açıqladı –“Bizdən tələb edirlər ki...”

Siyasət
 18-01-2023, 12:56     185

Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutunyan Azərbaycanın Laçın yolu ilə bağlı tələblərini açıqlayıb.

Sfera.az bildirir ki, bu barədə Ermənistanın “Hraparak.am”saytı məlumat yayıb. Qeyd olunub ki, Arutunyan məsələ ilə bağlı Xankəndidə deputatlarla qapalı görüşündə Azərbaycanın Laçın dəhlizinin açılması ilə bağlı bir neçə tələb irəli sürdüyünü deyib. Bunlardan biri Ruben Vardanyanın Qarabağdan çıxarılması olub:

“Digərləri Ağdarədəki “Qızılbulaq” mədəninin fəaliyyətinin dayandırılması, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılması və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsinin olmasıdır”.

Arayikin sözlərinə görə, Azərbaycanın növbəti tələbi isə separatçılara məxsus ağır hərbi texnikanın geri çəkilməsidir. O, bildirib ki, əslində Azərbaycanla heç bir danışıqlar aparılmır, bu tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub. Nəşrin yazdığına görə, güman edilir ki, vasitəçilər Ermənistan səlahiyyətliləridir.

Arutyunyan çıxışı zamanı tələblərin qəbul edilməyini də vurğulayıb:


“Çünki onlar yerinə yetirildikdən sonra dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”, - deyə o qeyd edib.скачать dle 12.1