Bia.Az

Tofiq Yaqublu ölüm aclığına başladı

Siyasət
 15-01-2023, 01:27     192

İctimai asayişi pozduğuna görə 23 dekabrda cəmi 1 aylıq inzibati həbs cəzası alan Tofiq Yaqublu ölüm aclığına başlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat yayıb.

A.Hacılının sözlərinə görə, sudan da imtina edən T.Yaqublunun necə tərs olduğunu hamı bilir və buna görə də onun azadlığa buraxılması vacibdir.

Hazılı onu da qeyd edib ki, təcridxanada saxlanılsa da, T.Yaqublu onsuz da Azərbaycan hakimiyyətinə ciddi ziyan vurub və beynəlxalq qurumlar buna görə bəyanatlar veriblər.

Qeyd edək ki, T.Yaqublunun cəzası 22 yanvarda başa çatır. скачать dle 12.1