Bia.Az

"Bu gün Qarabağı versək, sabah bizi Ermənistandan çıxaracaqlar" - Bakı ermənisi

Siyasət
 13-01-2023, 13:24     165

“Bu gün Qarabağı versək, sabah bizi o vaxt Bakıdan sıxışdırdıqları kimi, Qarabağdan, Ermənistandan çıxaracaqlar”.

BİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu çörəyi Bakı ermənisi, jurnalist və ekspert Marina Qriqoryan yazıb.

“Bu gün Qarabağı versək, sabah bizi o vaxt Bakıdan sıxışdırdıqları kimi, indi də Qarabağdan, Ermənistandan çıxaracaqlar.

Kiminsə buna şübhəsi varsa, Bakı ermənilərinin “soyqırım” hadisələrini araşdırsın. Onlara Qarabağ, Ermənistan və ermənilərin olmadığı bütün bölgə lazımdır.

100 il əvvəl Türkiyə kimi Azərbaycanın da cəzasız qaldı. Bunun sonu olmayan “soyqırım” zəncirinə gətirib çıxardığını düşünmək də gözəl olardı.

Biz cəzasızlığa yol verdik və bu, təkrarlanır. Nəhayət biz vəhşi və dəhşətli zənciri qırmalıyıq. Buna yalnız müqavimətin və mübarizənin qadir olduğunu başa düşməliyik.

Bu, özümüzə inanırıq, vuruşuruq və qalib gələcəyik”, – deyə çörəyi dizi üstündə olan Qriqoryan çərənləyib.
скачать dle 12.1