Bia.Az

Partiyaların yeni qanunu qüvvəyə mindi

Siyasət
 12-01-2023, 01:06     172

Yanvarın 11-də prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzalayaraq onun tətbiqinə fərman verib.

Novator.az bildirir ki, layihənin ilkin variantı 2022-ci il sentyabrın 7-də təqdim olunmuş, noyabrın 21-də yenilənmiş variant açıqlanmış, Milli Məclisin 16 dekabr iclasında son oxunuşdan keçərək imza üçün dövlət başçısına göndərilmişdi.

Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Əvvəlki qanun əsasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər.

1992-ci ildən bəri partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.скачать dle 12.1