Bia.Az

Rusiya çətin vəziyyətə düşüb, Qərb Ermənistana gəlir…

Siyasət
 12-01-2023, 00:52     149

Qərb hesab edir ki, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münaqişələri olmasa, Rusiyanın regiona təsir imkanları azala bilər.

Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

O bildirib ki, ABŞ-ın minimum planı Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək, maksimum planı Moskvanı regiondan sıxışdırmaqdır:
“Qərb də görür ki, indiki hakimiyyət birtərəfli güzəştlərə getməyə hazırdır, əvvəlki hakimiyyətlərdə belə deyildi”.

Onun sözlərinə görə, Qərb bu gün bu planlarının həyata keçirilməsi üçün yaxşı imkanlar olduğunu müşahidə edir:

“Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsi artıq Ermənistanın xarici siyasət gündəmində deyil və bir çox ştatlarda Ermənistan səfirləri bu məsələyə həsr olunmuş tədbirə qatılmır. ABŞ üçün Qarabağ məsələsinin necə həll olunduğu maraqlı deyil. Əsas odur ki, həll yolu olmalıdır və Rusiyanın təsir imkanları zəifləməlidir.

Bölgə həm də İran və Türkiyə ilə qonşudur, onların himayəsi altında Rusiyanın geri çəkiləcəyi təqdirdə Qərb bölgəyə gələcək.

 Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bu məntiqə uyğundur. Bununla yanaşı, Rusiya xüsusilə sanksiyalar kontekstində çətin vəziyyətə düşüb”.скачать dle 12.1