Bia.Az

Lənkəran sakini prezidentə müraciət etdi: "Xəzər RPİ-nin müstəntiqi Nizami Həmidov oglumu aldadıb"

Siyasət
 11-01-2023, 12:41     352

Lənkəran rayon Rvo kənd sakini Nəzərov Habil Ataxan oğlu ölkə başçısı İlham Əliyevə və aidiyyatı qurumlara müraciət edib. O, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Nizami Həmidovun qanunsuz əməllərindən şikayətcidir. BİA.az həmin müraciəti olduğu kimi dərc edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Müvəkkili Səbinə xanım Əliyevaya
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nagıyevə
Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri cənab İsmayıl Xəlilova


Lənkəran rayon RVO kənd sakini Nəzərov Habil Ataxan oğlu tərəfindən
(Tel: ( 50) 490 86 36)

Ərizə

Hörmətli Prezident!
Yazıb sizə bildirirəm ki,  mənim oğlum Nəzərli Tural Habil oğlu hal-hazırda həbsdədir. Belə ki, onun 27 yaşı vardır. O, “Binə-Arqo” ASC-də parnikdə işləyən zaman Esmira adlı bir qadınla tanış olur. Tanışlıqdan bir həftə sonra, oz qızı Aysunun telofon nömrəsinin Esmira Turala vermişdir. Belə ki, Tural artıq həddi buluğa çatdığı üçün  onun ailə qurmaq niyyəti vardır. Lakin Esmiranın qızı Aysunun hələ 15 yaşı olmasından xəbəri yox idi. Onlar Turala və bizim digər ailə üzvülərimizə Aysunun guya 17 yaşı olmasını demişdilər. Buna görə də biz Tural ilə Aysunu el adəti üzrə nişanlamışdıq. Nişandan sonra oğlum Tural qaynatası Siyavuşa məxsus olan evdə qalırdı. Gecələr həmin evdə yatır və səhərlər yuxudan durandan sonra qaynanası Esmira ilə birlikdə parnikdə işləməyə gedirlərmiş.  Sonradan bizə lazım oldu ki, Aysunun 17 deyil vur–tut 15 yaşı vardır. Buna görə də biz onların toy məclislərini keçirməkdən imtina etmişdik. Aysunun atası Siyavuş və anası Esmira bizə məcbur edirdilər ki, qızımız Aysunu gəlin aparın Lənkərana. Belə ki, 12 avqust 2022-ci il tarixində də günün ikinci yarısında qaynanası Esmira Turala məcbur edir ki, sən hər hansı yolla olursa olsun mütləq Aysunu Lənkəran rayonuna gəlin kimi aparmalısan. Tural isə Aysunun yaşını az olmasından və buna görə qanun qarşısında cavab verəcəyindən qorxduğu üçün Aysunu 17-18 yaşına qədər Lənkərana aparmayacağını bildirmişdir. Buna görə də onlar arasaında mübahisə başlamışdır. Onlar arasındakı bu mübahisədən əsəbiləşən qaynatası Siyavuş əsəbi halda əlinə bıçaq alaraq onlara tərəf yüyürür və yeznəsi Turalı sol çiyin nayihəsindən həmin bıçaqla vurur. Bundan sonra Tural da hövsələdən çıxaraq Siyavuşu biçaqla sifət nayihəsindən vurmuşdur. Sonra o hadisə yerindən çıxaraq, xəstəxanaya getmişdir. O, xəstəxanaya gedərkən yaralı- yaralı öz telefonu vasitəsi ilə 2 dəfə şəkil çəkmişdir. Siyavuş isə həmin hadisədən sonra 102 Polis Xidmətinə zəng edərək  Turaldan şikayət etmişdir. Eyni zamanda da Tural xəstəxanada həkimlərə Siyavuş tərəfindən bıçaqla yaralanmasını və onun sifətinin sağ hissəsində Siyavuş tərəfindən vurulmuş hansısa zərbə nəticəsində yarıq düşməsini bildirdiyindən, həkimlər Xəzər Rayon Polis İdarəsinə baş vermiş hadisə barəsində məlumat vermişlər və Turalı yaralı-yaralı polislər xəstəxanadan əynindəki qanlı köynəklə birlikdə Xəzər Rayon Polis İdarəsinə gətirmişlər.

Qeyd edim ki, hal-hazırda istintaq materialları arasında həmin şəkildə görünən qanlı köynək yoxa çıxmışdılr ki, bu da Azərbaycan Respublikasının Cinayət –Prosessual Məcəlləsinin 51.1 və 51.2 –ci maddələrinə ziddir.

51.1. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır.

51.2. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir.

Qeyd edim ki, oğlum Tural savadsız və öz hüquqlarını müdafiə edə bilməyən sadəlövh bir insandır. Onun bu sadəlövhliyindən istintaq prosesində Xəzər Rayon Polis İdarəsində müstəntiqi polis kapitanı Nizami Həmidov sui-istifadə edərək, guya o belə bir izahat verərsə, onu yaxın müddətdə evə buraxacağı ilə aldatmışdır. Oğlumu məharətlə aldatmağa nail olan müstəntiq çox böyük ustalıqla onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4- cü maddəsi ilə mühakimə olunmasına  nail olmuşdur. Bu isə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 15.2.3-cü maddəsinə zidd olaraq  müstəntiq tərəfindən atılmış bir addım kimi qiymətləndirilməlidir.

15.2.3. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq.

Qeyd edim ki, həmin hadisə ilə əlaqədar Xəzər Rayon Məhkəmə Tibbi Ekspertizasında da hansısa səbəbdən Turalın aldığı zədələr və Siyavuşun aldığı zədələr də süni şəkildə saxtalaşdırılmışdır. Buna görə də aparılmış istintaq prosesi oğlum Turalın həyata keçirdiyi cinayət hadisəsi süni şəkildə artırılmış və ağırlaşdırılmışdır. Lakin Siyavuşun isə həyata keçirdiyi cinayət əməlləri isə tam olaraq gizlədilmişdir ki, bu da MTE-nın Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin  97.4.1 və 97.4.2 maddələrinə zidd hərəkətlər olmuşdur.

97.4. Ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

97.4.1. qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy vermək; düzgünlüyü özü tərəfindən yoxlanılmamış iş materiallarının tədqiqi əsasında gəldiyi şəxsi nəticələrini, habelə kompüter proqramından və məlumat materiallarından istifadə etməklə əldə etdiyi nəticələri rəydə bir-birindən dəqiq ayırmaq;

97.4.2. qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara çıxırsa və ya təqdim olunmuş materiallar qoyulmuş suallara cavab verilməsi üçün kifayət deyilsə, rəy verməkdən imtina etmək; yuxarıda qeyd olunmuş hallara görə rəy verilməsinin mümkün olmadığı nəticəsinə gələrsə, ekspertiza keçirilməsinin davam etdirilməsindən imtina etmək; bu imtinanı əsaslandırmaqla rəy verilməsindən və ekspertizanın keçirilməsindən imtina etməsi barədə ekspertizanın keçirilməsini ona tapşırmış şəxsə yazılı məlumat vermək;

Yuxarıda qeyd etdiyim hallara əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsininm  28.4 cü maddəsinə zidd olaraq baş vermiş cinayət hadisəsi hərtərəfli tam , ətraflı və obyektiv araşdırılmamışdır.  

28.4. Cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək;

28.4.2. şübhəli və  ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq;

28.4.3. şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq;

28.4.4. cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq;

28.4.5. cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək.

Yuxarıda qeyd olunan cinayət prosesi zamanı yol verilmiş qanun pozuntularını aradan qaldırılması üçün Hörmətli Məhkəmə oğlum Turalın aldığı xəsarətlərin hansı formada almasını və qarşı tərəf olan Siyavuşun da hansı xəsarətlərin almasını düzgün qiymətləndirilməsi üçün onların hər ikisinin yenidən 1 saylı mərkəzi Məhkəmə Tibbi Ekspertizasında müayinə olunması, oğlum Turalın əyninə geyinmiş olduğu köynəyin həmin istintaq materialları içərisinə əlavə olunması barəsində qərar çıxararsa, onda aparılan istintaq prosesinin ədalətli olması barəsində fikir yürütmək olar.

65.5. Məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq,  oğlum Turalın cinayət işinə yenidən baxılması, onun cinayət prosesi zamanı əyninə geydiyi qanlı köynəyin istintaq materialları içərisindən çıxarılmasının səbəblərinion araşdırılması və həmin qanlı köynəyin istintaq materialları siyahısına əlavə olunması, oğlum Turalın və Siyavuşun yenidən 1 Saylı Respublika məhkəmə Tibbi Ekspertizasında müayinə olunmaları  və oğlum Turalın həyata keçirdiyi cinayət hadisəsinə görə ədalətli olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində onun həyata keçirdiyi  əməlinə görə mühakimə olunması üçün xüsusi qərar çıxarılmasına görə bütün ailəmiz adından Sizdən xahiş edirəm.

Qabaqcadan sizə öz minnətdarlığımı bildirirəm.

Ərizəmə oğlum Turalın baş vermiş hadisə zamanı çəkmiş olduğu fotoşəkilləri əlavə edirəm.
İmza:  Nəzərov Habil Ataxan oğlu



BİA.az
скачать dle 12.1