Bia.Az

Ermənilərə dəstək verən, Makrondan medal alan nankor türk tarixçi - Taner Akçamdan yeni açıqlama

Siyasət
 8-01-2023, 15:28     186

“Bu gün ermənilər üçün Milad günüdür. Bütün erməni dostların Milad bayramını təbrik edirəm. Qoy bu bayram hamımıza xoşbəxtlik, əmin-amanlıq, xoş günlər gətirsin. Əlavə etmək istəyirəm ki, bizim qəlbimiz və hisslərimiz Qarabağdakı (Artsax) ermənilərin çox ağır günlərində onların yanındadır. 120 mindən çox insan gələcəkləri ilə bağlı qeyri-müəyyən şəraitdə Azərbaycan mühasirəsindədir. Dünya isə təəssüf ki, qarşımızda baş verənlərə göz yumur”.

Ermənistan mətbuatı yazır ki, türk tarixçisi Taner Akçam Facebook-da belə bir status paylaşıb...

Maraqlandım, deməli, Taner Akçam əslən ahıska türklərindəndir. Türkiyədə doğulub. Solçu baxışları ilə tanınıb. Kürdlərin və ermənilərin hüquqları uğrunda mübarizə aparıb. Siyasi baxışlarına görə bir müddət həbsdə qalıb. 1978-ci ildən Almaniyada yaşayır. Türk-alman tarixçisi və sosioloq kimi tanınır. O, erməni soyqırımın məsələsini açıq müzakirəyə çıxaran ilk türk alimlərindən biri olmaqla, həmin mövzuda “qabaqcıl beynəlxalq nüfuz”a malikdir.

2007-ci ildə Hrant Dinkin öldürülməsindən sonra Akçam, İstanbulda baş tutan dəfn mərasimində iştirak edir. İddialar görə, türk millətçiləri onun haqqında ölüm hökmü çıxarıb...

Ən maraqlısı odur ki, 2020-ci ilin dekabrında Fransa Prezidenti Emmanuel Makron cənab Akçama erməni genosidini inkar edənlərə qarşı çıxdığına görə “cəsarət və sədaqətə görə Şərəf” medalı verib...

Vallah, belə türkdənsə tayqulaq Andranik yaxşıdır...скачать dle 12.1