Bia.Az

Argentinalı senator da Bakını ittiham etdi

Siyasət
 6-01-2023, 01:23     160

Artıq 23 gündür ki, Xankəndidə yaşayan 120 min insan orta əsrlərdən qalma mühasirə tərzində həyatlarını davam etdirirlər. Heç kim nə girə, nə də çıxa bilir.

Yenipress.az xəbər verir ki, bu sözləri Argentina-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Qilermo Andrada (Guillermo Andrada) özünün rəsmi Tviter səhifəsində paylaşıb. 

Qatı ermənipərəst mövqeyi ilə seçilən Andrada Azərbaycanı Laçın yolunu bağlamaqla Qarabağdakı erməniləri blokadaya almaqda günahlandırıb.

Qeyd edək ki, erməni diasporunun güclü olduğu ölkələrdən biri də Argentinadır.скачать dle 12.1