Bia.Az

Xankəndi yolunda son vəziyyət

Siyasət
 2-01-2023, 12:29     147

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.

Axar.az xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” və s. şüarlar səsləndirirlər.

Hazırda ekofəalların, eləcə də gənc könüllülərin əhval-ruhiyyələri yüksəkdir.

Onu da bildirək ki, bu gün ərzində Xankəndi-Laçın yolundan Rusiya sülhməramlılarına məxsus heç bir avtomobil hərəkət etməyib.скачать dle 12.1