Bia.Az

Erməni keşişdən qəribə sözlər: - “Bunu etməsək, Laçın yolu açılmayacaq”

Siyasət
 29-12-2022, 16:18     181

Laçın yolundakı durum haqda danışan Xankəndidəki separatçı kilsənin keşişi Ovannes Ovannisyan qəribə sözlərlə gündəmə gəlib.

BİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, Ovannes “yolun açılması” üçün bütün ermənilərin katalikosu II Qareginin xeyir-duasının lazım olduğunu deyib

Separatçı keşiş jurnalistin “Laçın yolunun açılması üçün hansı addım atılmalıdır” sualına belə cavab verib:

“Bu məsələnin tezliklə həll olunacağını görmürəm. Tövbə edib, Müqəddəs Eçmiədzinə gedib bütün ermənilərin katolikosunun (II Qaregin) xeyir-duasını alana qədər bu məsələni həll edə bilməyəcəyik.

Tezliklə Milad bayramı gəlir, əgər dua edib, xeyir-dua alsaq, məqsədimizə çata bilərik”.
скачать dle 12.1