Bia.Az

Rusiya XİN “Qarabağın statusu” sualına cavabdan imtina etdi

Siyasət
 25-12-2022, 13:31     177

Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin Ermənistan və Azərbaycan arasında sülh sazişində “Qarabağın statusunun necə müəyyənləşməsinin təklif edildiyi” sualına cavabdan imtina edib.

Yenipress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Qeyd etmək istəyirəm ki, sülh sazişi ilə bağlı danışıqlar birbaşa Bakı və İrəvan arasında aparılır”, - o, suala cavab olaraq bildirib.
Qaluzin əlavə edib ki, Moskva yalnız təmaslarda yardım edir:

“Bu cür həssas mövzularda danışıqlar konfedensial xarakter daşıyır. Rusiya XİN-in bu mövzunu şərh etməsi - xüsusilə Qarabağ məsələsi ilə bağlı – prosesin xeyrinə olmaz”.скачать dle 12.1