Bia.Az

QARABAĞ ERMƏNİLƏRİ SEPARATÇI REJİMƏ QƏZƏB PÜSKÜRÜR – Vardanyan gah yalvarır, gah da hədələyir...

Siyasət
 23-12-2022, 01:26     174

“Artıq 11-ci gündür ki, Laçın yolu bağlanır, blokadayıq, bəziləri aqressiya püskürüb deyir ki, niyə heç bir iş görülmür, bəziləri isə depressiyaya düşməyə başlayıb. Bunlar başa düşüləndir...”

“AzPolitika.info” xəbər verir ki, bu sözləri Rusiyanın Qarabağa göndərdiyi milyarder, separatçı cinayətkar Ruben Vardanyan “Feysbuk”da canlı yayımda deyib.

Vardanyan ermənilər arasında separatçı rejimə qarşı getdikcə artan qəzəbi sakitləşdirmək üçün vədlər verməyə başlayıb. O az qala yalvararq deyib ki, vəziyyəti dəyişmək üçün əllərindən gələn hər şeyi edirlər.
Milyarder daha sonra qəzəbli kütləni şantaj edib və erməniləri ləyaqətlərini itirməməyə çağırıb.
“Heç kimə imkan verməyəcəyik ki, burada xaos yaransın”, - deyə, Ruben Vardanyan separatçı rejimin rəhbərliyini lənətləyən erməniləri hədələyib.
Siyasi təhlilçi Elnur Sadıqov isə yaranmış vəziyyəti şərh edərkən bildirib ki, Laçın yolunun azərbaycanlı ekoaktivistlər tərəfindən bağlanması ermənilər arasında parçalanmaya səbəb olub.
“Dünən Ruben Vardanyan Ermənistandan gözlədikləri dəstəyi almadıqlarını deyib. Ermənistanda isə müxalifət Paşinyan hakimiyyətini Xankəndi ermənilərinə biganə münasibət bəsləməkdə ittiham edir. Paşinyana yaxın siyasi şərhçilər isə günahı Xankəndindəki qondarma rejimdə görürlər. Onlar Xankəndində vahid “rəhbərliyin” olmadığını, rejimin Arayik-Balasanyan-Vardanyan arasında üç yerə parçalandığını deyirlər”,- təhlilçi əlavə edib.
E.Sadıqovun sözlərinə görə, BMT TŞ-dakı müzakirələrdən məyusluq da, Ermənistanda əlavə gərginlik yaratmaqda, siyasi elita arasında qarşılıqlı ittihamları gücləndirməkdədir.
“BMT TŞ-nın boş və quru çağırışlarının heç nəyə dərman olmadığını deyirlər”,- o bildirib.
Təhlilçi vurğulayır ki, göründüyü kimi Laçın yolundakı aksiya əsəb müharibəsi kimi Ermənistanı yıpradır:“Odur ki, Xankəndi və Zəngəzur davası daha da gücləndirilməlidir. Bu mübarizə gec-tez Ermənistanı ədalətli şərtlərlə Azərbaycanla sülh bağlamağa vadar edəcək”.скачать dle 12.1