Bia.Az

“Sizin də oğlunuz müharibəyə gedəcəkmi?”- Medvedev jurnalistin sualından “inciyib”

Siyasət
 22-12-2022, 15:23     157

Ötən gün Rusiya Müdafiə naziri Sergey Şoyqu nazirliyin Vladimir Putinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında Rusiya ordusuna çağırış yaşının 30 yaşadək qaldırılmasını təklif edib. Xatırladaq ki, indiyə qədər Rusiyada çağırış yaşının maksimal həddi 27 idi.

“AzPolitika.info” xəbər verir ki, çağırış yaşının artırılmasına etiraz edən rusiyalı sosial şəbkə istifadəçiləri ölkə rəhbərliyindən narazılıqlarını gizlətmirlər.

Onlardan biri, “The Insider” layihəsində çalışan jurnalist Sergey Yejov Rusiyanın sabiq Prezidenti, hazırda Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşıyan və Ukraynaya qarşı nüvə silahı da daxil olmaqla, ən ağır zərbələr endirməyin tərəfdarı kimi çıxış edən Dmitri Medvedevə onun “tvitter” səhifəsi üzərindən açıq müraciət edib.

Jurnalist Medvedevdən soruşub: “Əgər Şoyqunun dediyi kimi, çağırış yaşı 30 yaşa qaldırılacaqsa, o zaman “Vahid Rusiya”nın İlya Dmitriyeviç Medvedevin (Dmitri Medvedevin oğlu-red.) adına olan partiya biletini daşıyan bu vətənpərvər vətəndaş vətənə xidmət etmək və ilk gündən müqavilə imzalamaq şansı qazanacaq. O, hərbi komissarlığa birinci gedəcək, elədirmi, Dmitri Medvedev?”


Jurnalist yazır ki, Medvedev onun bu sualına cavab verməyib və sualdan “inciyərək” Yejovu dərhal bloklayıb.

Qeyd edək ki, İlya Medvedevin 27 yaşı var. Müharibəyə qədər Medvedevin durmadan lənətlədiyi və hədələdiyi ABŞ-da yaşayan oğlu həmin ölkədə uzun illər bizneslə məşğul olub. Əlbəttə ki, atasının pulları ilə.

Müharibə başlayandan sonra isə ABŞ-dan biabırçılıqla qovulan İlya Medvedev “nədənsə” yaşı və sağlamlığı imkan versə də Ukraynadakı müharibəyə qoşulmayıb.

Ukraynada hazırda atasının dediyi kimi, “Rusiyanın faşizmə qarşı savaşında” onun əvəzinə çuvaşlar, yakutlar, çeçenlər, dağıstanlılar və s. döyüşür...скачать dle 12.1