Bia.Az

Putin həm “sülh” deyir, həm də Vardanyanı qabağa verir – NƏ BAŞ VERİR?

Siyasət
 13-12-2022, 16:13     181

Qarabağda “dövlət naziri” hesab edilən milyarder Ruben Vardanyan bir neçə gün əvvəl çıxış edərək deyib ki, Qarabağda sülhün əldə olunması üçün bölgədə yaşayan əhalinin birləşməsi və zərbəni bir nöqtəyə vurması lazımdır.

“Heç bir müqavilə bu məsələni həll edə bilməz. Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər”,- deyə Vardanyan bildirib.“Azərbaycanın Qarabağ bölgəsində təəssüf ki, hələ də mövcudluğunu qoruyub saxlayan separatçı rejim özünün təxribat xarakterli addımlarını davam etdirir. Bununla bir neçə hədəfə nail olmaq istəyir. Birincisi, özünün hələ də mövcudluğunu qoruyub saxladığını beynəlxalq ictimaiyyətə nümayiş etdirmək və bununla da mümkün beynəlxalq dəstəyi əldə etməyə çalışır. İkinci mühüm istiqamət ondan ibarətdir ki, separatçı rejim gözəl anlayır ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan separatizmi, işğalçılıq faktını aradan qaldırmaqla heç bir qüvvə ilə, eləcə də separatçılarla Qarabağda ermənilərin hüquqları və təhlükəsizlik ilə bağlı məsələləri müzakirə predmetinə çevirməyəcək. Buna görə də belə provokasiya xarakterli addımlar atmaqla danışıqlar prosesini, sülh danışıqlarını sabotaj etmək və özünü danışıqlarda əsas vasitəçi rolunda çıxış edən tərəflərə münaqişə tərəfi kimi təqdim etməyə çalışır”.
DİA.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Anar Əliyevin fikrincə, məsələnin üçüncü mühüm hədəf təbii ki, sığınacaqların yaradılması ilə bağlı hərbi variant ehtimalını ortaya atmaqla dünya ictimaiyyətini şantaj edib, Azərbaycanın güya bölgədə ermənilərə qarşı ciddi hərbi əməliyyatlar hazırladıqlarını və Azərbaycan tərəfindən ermənilərə qarşı yaxın günlərdə onların bu ərazidən vurulub, sıxışdırılmasına xidmət edən addımlar atacağı təsəvvürünü formalaşdırmaqdır.
Onun sözlərinə görə, bu təxribat xarakterli addımlarda Ruben Vardanyanın dördüncü mühüm məqsədlərindən biri də özünün əhəmiyyətini qabartmaqdır.
Belə ki, Vardanyan heç də əhəmiyyətsiz biri olmadığını, proseslərə müdaxilə etmə imkanına, bölgədəki ermənilərin taleyini müəyyən etmək gücündə olan bir şəxs statusuna sahib olduğunu nümayiş etdirmək istəyir. A. Əliyev bildirib ki, bu addımlar heç bir effekt verməyəcək. Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara ciddi təsir göstərə bilməyəcək.
“Erməni rəsmilərinin son və sərsəm addımları Azərbaycanın sülh gündəliyinə hər-hansı bir element qata bilməyəcək mənasız addımlardır. Vardanyan bu addımları atmaqla, həm də öz ağalarının sifarişini yerinə yetirmiş olur. Vardanyanın əsas sahibi Rusiya və İran, Ermənistanın indiki şərtlər daxilində Azərbaycanla danışıqlar aparıb, sülh müqaviləsinin imzalanmasını öz maraqları üçün məqbul hesab etmirlər. Ona görə bütün variantlardan istifadə etməklə bu prosesin qarşısının alınmasına çalışırlar. Vardanyan da həmin vasitələrdən biridir. Vardanyanın sahiblərinin onu həm Qarabağa, həm də bütün bölgəyə göndərməkdə əsas hədəflərindən biri də növbəti seçkilər zamanı Gürcüstan variantından istifadə etməklə Ermənistanda yeni hakimiyyəti- alternativ qüvvəni ortaya qoymaq və Ermənistanda qərbyönümlü hakimiyyəti devirməklə özlərinə yaxın və bir çox hallarda Rusiyanın tapşırıqlarından kənara çıxa bilməyəcək bir şəxsin hakimiyyətinə nail olmağa çalışırlar. Bunu Ermənistan cəmiyyəti və siyasi elitası da çox yaxşı dərk edir. Ona görə də indiki mərhələdə Ermənistanın mövcud hakimiyyəti Rusiyanın, İranın bu davranışlarının mövcud Ermənistan maraqlarına zidd olmaqla yanaşı, həm də mövcud hakimiyyətin maraqlarına uyğun olmadığını düzgün qiymətləndirməli və buna uyğun adekvat addımlar atmalıdır”,- deyə politoloq bildirib. O, hesab edir ki, Azərbaycan və Türkiyənin birgə ortaya qoyduğu qətiyyətli iradə Vardanyan kimilərinin üzərindən oyunlar qurmaq istəyən bütün qüvvələrin planlarını puça çıxaracaq.скачать dle 12.1